Milli Strategiyaya əsasən Azərbaycan regionun İKT xidmətləri bazarının aktiv iştirakçısına çevriləcək
Tarix: 06.11.2014 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən bu ilin 9 ayı ərzində informasiya cəmiyyətinin inkişafı, “E-hökumət” həllərinin tətbiqinin genişləndirilməsi, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də ardıcıl işlər görülüb. RYTN-nin verilən məlumata görə, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib. Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illəri əhatə edən Dövlət Proqramının layihəsi hazırlanıb, aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb, tədbirlər üzrə tələb olunan maliyyə vəsaitləri müəyyənləşdirilib və hazırda Maliyyə Nazirliyi ilə razılaşdırılır.
Qeyd edək ki, sözügedən strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsidir. Hesab olunur ki, strategiya üzrə tədbirlərin icrası nəticəsində cəmiyyətin hərtərəfli inkişafı üçün informasiya cəmiyyətinin yaratdığı bütün imkanlardan bəhrələnməyə əlverişli şərait yaradılacaq. İKT sektorunun əsas göstəriciləri inkişaf etmiş ölkələrin müvafiq göstəriciləri səviyyəsinə çatdırılacaq, İKT infrastrukturu inkişaf etdiriləcək və əhalinin artan tələbatını qabaqlayaraq müasir texnologiyalardan inkişaf üçün bəhrələnməyə imkan verəcək, bölgələr, sosial qruplar arasında və digər növ “rəqəmli fərqlilik” azaldılacaq, rəqabətədavamlı İKT sənayesi formalaşacaq, ÜDM-də İKT, poçt və informasiya sektorunun payı artırılacaq. Həmçinin internet azadlığı, informasiya əldə etmək kimi universal dəyərlər təmin ediləcək, vətəndaşların hüquq və azadlıqlarının reallaşdırılması üçün müasir texnologiyalar yardımçı olacaq, genişzolaqlı internet xidmətləri universal xidmətlərə aid ediləcək və ölkə ərazisində genişzolaqlı internet xidmətlərinə çoxçeşidli və müasir texnologiyalar əsasında çıxış imkanları genişləndiriləcək, internet magistrallarına alternativ və yüksəksürətli birləşmələr təmin olunacaq, tranzit informasiya imkanları genişləndirilməklə, Azərbaycan regionun İKT xidmətləri bazarının aktiv iştirakçısına çevriləcək.
Eyni zamanda distant təhsil, elektron ticarət, telesəhiyyə və digər müasir xidmət növlərinin geniş tətbiqi, kosmik sənayenin inkişafı, İKT sektorunun inkişaf tempinə uyğun kadr hazırlığı sisteminin formalaşdırılması, informasiya təhlükəsizliyinin səmərəli qorunması və s. kimi əsas məqsədlərə nail olunacağı gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq
18.09.2019
Bu il Azərbaycan əhalisi 37 milyard manata yaxın gəlir əldə edib
18.09.2019
Qarabağ müharibəsi əlili yeni evlə təmin olunub
17.09.2019
Özünüməşğulluq proqramı iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatların ictimai açıqlığı təmin edildi
17.09.2019
Neftçalanin Astanli kəndinə qaz verildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info