III Qlobal Müştərək Cəmiyyətlər Forumunda İtaliyanın sabiq baş nazirləri iştirak edəcək
Tarix: 06.11.2014 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumunda İtaliyanın sabiq hökumət rəhbərlərinin iştirakı gözlənilir. Romada səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə ölkənin sabiq hökumət başçısı (2013-2014) Enriko Letta ilə görüşüb və onu III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etməyə dəvət edib. Enriko Letta dəvəti məmnuniyyətlə qəbul edərək Foruma qatılacağını bildirib. Görüşdə həmçinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, qarşıdakı Foruma hazırlıq məsələləri də müzakirə edilib. İtaliyanın digər sabiq hökumət rəhbəri (1996-1998, 2006-2008) və Avropa Komissiyasının prezidenti olmuş Romano Prodi də III Qlobal Müştərək Cəmiyyətlər Forumuna dəvət olunub. Qeyd edək ki, III Qlobal Müştərək Cəmiyyətlər Forumunun 2015-ci ilin aprelində keçirilməsi nəzərdə tutulub. Forumun işində 40-dan artıq ölkənin sabiq dövlət və hökumət rəhbərinin iştirakı gözlənilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Naxçıvan Ali Məclisinin Sədri yanında KİVDF yaradılıb - FƏRMAN
19.09.2019
Daxili İşlər naziri gənc zabitləri təbrik edib
19.09.2019
Fuad Qəhrəmanlının həyat yoldaşı boşanma ilə bağlı məhkəməyə müraciət edib
19.09.2019
Ramil Usubovdan Təhlükəsizlik Şurasında ilk dəyişiklik - Yeni təyinat
19.09.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəki və Zaqatalada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info