Gürcüstan hökuməti “qərbçiləri” təhlükə hesab edir
Tarix: 06.11.2014 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Sabiq nazir İrakli Alasaniya Gürcüstanın NATO-ya inteqrasiyasına sadiq qaldığına görə ölkə hökuməti onu təhlükə kimi görür. Bunu cümə axşamı “Trend”ə adının açıqlanmasını istəməyən Gürcüstandakı Qafqaz üzrə xarici ekspert deyib. Onun sözlərinə görə, Gürcüstanın rəsmi hökuməti bəyan edir ki, Alasaniyanın istefası korrupsiya ilə bağlı məsələdir: "Bu, şübhəlidir. Hökumət "Gürcüstan arzusu" koalisiyasında keçmiş ən populyar nazir olan Alasaniyaya ölkənin NATO-ya daxil olmasına sadiq qaldığına görə təhlükə kimi baxır".
Ekspert əlavə edib ki, Alasaniyanın Qərbə simpatiyası var: "Eks-nazirin növbəti seçkilərdə namizədliyini irəli sürməsini planlaşdırması barədə məlumat var. Gürcülər yorulublar. Onlar sabitlik arzusundadırlar və və yeni inqilab istəmirlər. Lakin biznes ictimaiyyəti irəliyə addımlamaq istəyir. O, ölkədəki iqtisadi vəziyyətdən məmnun deyil".
Xatırladaq ki, ötən gün Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze istefa verdi. Bundan əvvəl Baş nazir İrakli Qaribaşvili “Gürcü arzusu” blokunun siyasi şurasının iclası başa çatdıqdan sonra müdafiə naziri İrakli Alasaniyanı istefaya göndərdiyini bəyan etmişdi. Alasaniyanın ardınca, onun həmkarı və dostu, Avropa və Avroatlantik intreqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvili də istefa verdi.




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Rusiyada 6 minə yaxın yeni yoluxma qeydə alınıb, 134 nəfər ölüb
17.09.2020
Rusiyada klinikada yanğın baş verib, 4 nəfər ölüb, 2 nəfər yaralanıb
17.09.2020
Moskvada koronavirusdan ölənlərin sayı 5 025 nəfərə çatıb
16.09.2020
Gürcüstanda yeni rekord: 200-ə yaxın yoluxma qeydə alınıb
16.09.2020
Moskvada koronavirusdan daha 10 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info