Məktəblərdə bəzi vəzifələr müsabiqə yolu ilə keçiriləcək
Tarix: 06.11.2014 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Bundan sonra paytaxtın ümumtəhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müsabiqə yolu ilə keçiriləcək. İdarənin məlumatına görə, artıq bununla bağlı müsabiqə elan edilib.
Pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili, ən azı 3 il pedaqoji stajı olanlar təlim-tərbiyə işləri üzrə direktor müavini, ali pedaqoji təhsili, təlim-tərbiyə sahəsində 3 il iş stajı olanlar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), ali və ya orta ixtisas təhsili olanlar (iş stajına tələb qoyulmadan) isə laborantlar üçün təşkil olunan müsabiqədə iştirak edə bilərlər. Müsabiqə 3 mərhələdən ibarət olacaq. I mərhələdə müsabiqədə iştirak etmək istəyən namizədlər 17-24 noyabr tarixlərində bakuedu.az saytında qeydiyyatdan keçə bilərlər. Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra II mərhələdə müsabiqədə iştirak etmək istəyən namizədlər üçün imtahan təşkil olunacaq, imtahandan uğurla keçən namizədlər isə III mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcək.
Müsahibədən müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanılacaq. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin işlə təmin olunacaqları nəzərdə tutulur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16.09.2019
Dünya bazarlarında İsveçrə şirkətlərinin loqosu ilə saxta qızıl külçələr aşkarlanıb
16.09.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimində iştirak ediblər
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
16.09.2019
Əhalinin sayı 46417 nəfər artaraq 10 milyon 27 min 874 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info