Şamaxıda qadınlara kiçik biznesin qurulması ilə bağlı təlim keçilib
Tarix: 06.11.2014 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondu “Qadın Sahibkarlığı və Məşğulluğunun Dəstəklənməsi üzrə İctimai Maraqların Qorunması” layihəsi çərçivəsində 28-29 oktyabr 2014-cü il tarixdə Şamaxı rayonunda qadınlar üçün “Qadın sahibkarlığı: kiçik biznesi necə qurmalı” mövzusunda təlim keçirilib. Təlim iştirakçılarına layihə fəaliyyətləri barədə məlumat verən Ə.Nuriyev bildirib ki, hazırda qadın sahibkarlığının inkişafı üçün böyük potensial var. Bütün çətinliklərə baxmayaraq xanımlar biznesdə özlərini sınamaqdan çəkinmirlər və bu sahədə öz sözlərini demək iqtidarında olduqlarını sübut edirlər. O, qeyd edib ki, kiçik sahibkarlıqla məşğul olmaq istəyən, buna potensialı olan xanımlar bir çox hallarda yaxşı ideyaları, hətta işlək biznesləri olmasına baxmayaraq, yetərli bilik və məlumatlara malik olmadıqlarından ilk addımalrı ata, biznesi genişləndirə bilmirlər. Layihədə məhz bu biliklərin verilməsi əsas məqsədlərdən biridir. Təlimin birinci günü “Sahibkarlığın hüquqi əsasları” mövzusuna həsr olunub. Təlimdə iştirakçılara fərdi sahibkarlıq, hüquqi şəxs yaradılması, vergilər, müqavilələr, sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvercilik barədə məlumatlar verilib. Təlimin ikinci gününü “Sahibkarlıq – kiçik və orta biznesin idarə olunmasında əsas prinsiplər” mövzusuna həsr edilib. İştirakçılara biznes, marketinq planın hazırlanması, biznes kreditlər barədə bilik və bacarıqlar öyrədilib. Biznes planın hazırlanması üçün qrup oyunları keçirilib. Qrup iştirakçıları biznes plan hazırlanması ilə bağlı tapşırıqları yerinə yetiriblər.
Yekunları ilə bağlı iştirakçılardan Bağırova Məlahət qeyd edib ki, təlim zamanı əsas diqqət yetirdiyi biznes plan hazırlanması olub. Bu barədə özü çox oxuyub. Amma heç vaxt özü müstəqil hazırlaya bilməyib. Bu təlimdən sonra isə artıq bunu bacaracğına əmindir.
Təlimçilərdən Z.İbrahimli qeyd edib ki, “suallar, fəallıq da göstərdi ki, xanımlar özlərində biznesə başlamaq potensialı və cəsarəti hiss edirlər. Bu isə əsas şərtdir”.
Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Kounterpart İnterneşnl təşkilatının icra etdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondu “Qadın Sahibkarlığı və Məşğulluğunun Dəstəklənməsi üzrə İctimai Maraqların Qorunması” layihəsi çərçivəsində baş tutub. Layihə çərçivəsində həmçinin Şamaxıda orta məktəblərin 10-11 siniflərdə təhsil alan xanım şagirdlərlə görüş keçirilib. Görüşdə xanım şagirdlərə təhsilin, xüsusən peşə təhsilinin vacibliyi barədə məlumat verilib. Azərbaycanda xanımların əldə etdikləri nailiyyətlər, lider xanımların həyatından misallar, uğur hekayələri xanım şagirdlərin diqqətinə çatdırılıb. Layihə ekspertləri bu nümunələrlə xanım şagirdlərə karyera, uğur qazanılması üçün təhsilin xüsusi önəmini anladıblar. Təhsil almaq hüquqları, bununla bağlı valideynlərin məsuliyyəti və vəzifələri, xanım şagirdləri təhsildən yayındırmağa çalışanların məsuliyyəti barədə məlumat verilib. Həmçinin, erkən nikahların ziyanı, bununla bağlı məsuliyyət barədə bilgilər şagirdlərin diqqətinə çatdırılıb. Həmin gün həmçinin, rayonda təhsil alan gənc qızlar, qadın təşkilatları, icmalarda fəaliyyət göstərən qadınlar, özəl sektor, dövlət orqanları yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin iştirakı ilə “Qadın sahibkarlığı və qadın məşğulluğu” mövzusunda ictimai dinləmə keçirilib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Prezidentin köməkçisi sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər edib
18.09.2020
Azərbaycanda 117 nəfər koronavirusa yoluxdu, 135 nəfər sağaldı, 1 nəfər dünyasını dəyişdi
18.09.2020
Deputat və icra başçısı məktəb tikintisi ilə tanış olub
18.09.2020
Şəkidə koronavirusa kütləvi yoluxma olan bazar 3 günlük bağlandı - Operativ Qərargah
18.09.2020
DTX əməliyyat keçirdi: “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində vuruşmuş şəxs tutuldu

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info