Azərbaycan İran və Qərb ölkələri arasında körpü rolunu oynaya bilər
Tarix: 06.11.2014 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Azərbaycan İran və Qərb arasında həm siyasi, həm də nüvə danışıqlarının səmərəliliyini artırmaq, eləcə də enerji sahəsində körpü ola bilər. Bu sözləri İran Prezidenti Həsən Ruhaninin Azərbaycana gözlənilən rəsmi səfərini şərh edərkən İran parlamentinin Tədqiqat Mərkəzinin üzvü Cəlil Cəfəri bildirib.
C.Cəfəri bildirib ki, Azərbaycanın həm İran, həm də Qərblə yaxşı münasibətləri var: "Hazırda İran və ABŞ arasında nüvə məsələsi üzrə müzakirələr gedir və Azərbaycan tərəflərin mövqelərinin yaxınlaşmasında müstəsna rol oynaya bilər, çünki bu potensiala malikdir".
Qeyd edək ki, hazırda İran və "altılıq" ölkələri nüvə sahəsində daimi müqavilənin imzalanması üzrə müzakirələr aparır. Bundan əvvəl, ötən ilin noyabrında 6 aylıq nüvə razılaşması əldə olunmuş və iyundan etibarən razılaşmanın vaxtı 4 aylıq uzadılmışdı. Ölkələr noyabrın 24-dək daimi razılaşmanın əldə olunmasına səy göstərirlər.
C.Cəfərinin sözlərinə görə, Azərbaycanın bu prosesdə böyük payı ola bilər: "Bu, həm İrana, həm Azərbaycana, həm də beynəlxalq ictimaiyyətə öz töhfəsini verəcək. Azərbaycanın həm enerji, həm xarici siyasət baxımından, həm də coğrafi baxımdan yerləşdiyi ərazi çox önəmlidir, yalnız İran üçün deyil, Qərb üçün də önəmlidir. Azərbaycan elektrik enerjisi, neft, qaz tranziti baxımından da İran və Qərb ölkələri arasında körpü rolunu oynaya bilər".
Xatırladaq ki, İran Prezidenti Həsən Ruhani noyabrın 12-də Bakıya səfər edəcək. Səfərdə 10 sənədin imzalanması gözlənilir.
İranlı deputat əlavə edib ki, İran Prezidentinin prioriteti qonşu ölkələrlə münasibətləri inkişaf etdirməkdir, çünki regionun iqtisadi inkişafı hamı üçün xeyirlidir və buna görə də region ölkələri aralarındakı problemləri həll etməlidirlər.
C.Cəfəri İran və Azərbaycan arasında "svop" elektrik enerjisi və qaz tədarükünə toxunaraq bildirib ki, Azərbaycan enerji baxımından İran üçün əhəmiyyətli ölkədir.
Hazırda Azərbaycandan İrana "svop" əməliyyatları çərçivəsində sutkada 1,2 milyon kubmetr qaz tədarük olunur, həmçinin qışda İran Azərbaycana, yayda isə Azərbaycan İrana elektrik enerjisi ixrac edir.
Onun sözlərinə görə, İran şimal qonşuları ilə "svop" əməliyyatları çərçivəsində neft tədarükünü də bərpa etmək niyyətindədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
11.07.2020
Prokurorluq Ucar sakininin döyülərək öldürülməsi ilə bağlı məlumat yayıb
11.07.2020
Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün bütün zəruri addımları atır
11.07.2020
Nizami rayonunda parkın içində tikilən qanunsuz obyekt sökülüb -VİDEO
11.07.2020
Baş Nazir kolleclərlə bağlı qərar imzalayıb
11.07.2020
Yol polisi yenidən dayanma-durmaya görə cərimə yazacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
2 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
3 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
4 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
5 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info