İlin sonunadək Gəncədə 300 traktor istehsal olunacaq
Tarix: 07.11.2014 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində 2014-cü ilin sonuna kimi 300 ədəd müxtəlif modifikasiyalı Belarus markalı traktorların istehsalı planlaşdırılıb.
Müəssisənin mətbuat xidmətinin məlumatına görə, bu müddətdə 300 ədəd traktor üçün kotanlar, 70 ədəd MAZ markalı avtomobillərin yığılması nəzərdə tutulur. İstehsal olunan traktor və kotanlar dövlət sifarişi əsasında “Aqrolizing” Acıq Səhmdar Cəmiyyətinə veriləcək. Hazırda zavodda traktorların bazasında ekskavatorlar, qar təmizləyənlər, asfalt doğrayan və yol təmizləyən maşınlar, traktor üçün qoşqular və istənilən növ asma avadanlıqları istehsal edilir. MAZ markalı avtomobillərinin bazasında yanacaq və su daşıyan maşınlar, yükü özüboşaldan, dartıcı avtomobillər, assenizasiya maşınları, təmir emalatxanaları və kommunal maşınları istehsal edilir. Bu günədək “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində 5160 traktor istehsal olunub ki, onlardan 4631-i dövlət sifarişi əsasında “Aqrolizing” Acıq Səhmdar Cəmiyyətinə təhvil verilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği açıqlandı
29.03.2020
Azərbaycan hökuməti bazar iştirakçılarını dəstəkləməklə mümkün itkiləri minimallaşdırmaq xətti seçib
28.03.2020
Sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir
28.03.2020
“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır” - VİDEO
28.03.2020
“Azərenerji” strateji əhəmiyyətli müəssisələrdə qabaqlayıcı tədbirlər görür

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11484

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info