Marek Savitski: “Azərbaycan regionun qabaqcıl ölkəsidir”
Tarix: 11.11.2014 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Polşa Azərbaycanı təkcə kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə potensial tərəfdaşı kimi deyil, həm də İrana kənd təsərrüfatı məhsullarının satışı üçün tranzit ölkə kimi nəzərdən keçirir. Bunu Bakıda səfərdə olan Polşanın kənd təsərrüfatı naziri Marek Savitski deyib.
Onun sözlərinə görə, regionun lider ölkəsi olan Azərbaycanın kənd təsərrüfatı sahəsində əməkdaşlıq baxımından Polşa ilə əlaqələri hələ məhduddur: "Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və işgüzar dairələrin nümayəndələri ilə görüşdə məhsulların idxal-ixracını, texniki və konsultativ təklifimizi özündə ehtiva edən ikitərəfli əməkdaşlığımızı təklif etdik. Polşa ət-süd istehsal edən fabriklər üçün avadanlıqların tədarükündə yardımçı ola bilər. Bizim yaxşı meyvə-tərəvəz mübadiləmiz ola bilər".
M.Savitski qeyd edib ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əmtəə dövriyyəsi olduqca azdır: "Əmtəə dövriyyəsi təqribən 12 milyon avro təşkil edir. Son bir neçə il ərzində əmtəə dövriyyəsi bir neçə 10 faiz artıb, lakin biz istərdik ki, bu göstərici daha da artıq olsun, çünki potensial yüksəkdir".
Nazir əlavə edib ki, Rusiyaya məhsul ixracına qoyulan embarqo Polşa ixracına güclü təsir etməyib: "Rusiya Polşanın əsas ticarət tərəfdaşı olmayıb. Rusiya kənd təsərrüfatı məhsullarının ixrac strukturunda yeddinci yeri tuturdu. Polşanın 20 milyard avro dəyərində ixracından yalnız 1,3 milyard avro Rusiyanın payına düşürdü. Ümumilikdə isə ötən il Polşa 20 milyard avro dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib, 13 milyard avroluq isə mal idxal edib".
Kənd təsərrüfatı nazirinin sözlərinə görə, səfəri qarşıdakı Azərbaycan-Polşa hökumətlərarası komissiyanın iclası çərçivəsində yalnız hazırlıq mərhələsidir, buna görə də indiki səfər zamanı hər hansı sazişin imzalanması nəzərdə tutulmur: "Azərbaycan və Polşa arasında kənd təsərrüfatı əməkdaşlığının inkişafı hələ digər sahələrdən geri qalır. Bu səfər gələcək inkişaf məqsədilə zəmin hazırlamaq üçün təşəbbüsüm olub. Səfərdən sonra polşalı və azərbaycanlı iş adamları arasında bir sıra görüşlər keçiriləcək, dekabrın 15-də isə hökumətlərarası komissiyanın iclası baş tutacaq. İclasda aqrar əməkdaşlıq məsələsinə böyük diqqət ayrılacaq. Biz heyvandarlıq və s. sahələrdə fitosanitar və baytarlıq müfəttişliklərimiz arasında əməkdaşlıq haqqında razılığa gəlmişik".
O vurğulayıb ki, Polşa Azərbaycanın kənd təsərrüfatı sahəsində apardığı islahatlara istənilən dəstəyi göstərməyə hazırdır: "Heydər Əsədov mənə məlumat verdi ki, bu islahatlara daha çox investisiya ayırmağı planlaşdırır və biz islahatların həyata keçirilməsinə istənilən dəstəyi göstərməyə hazırıq".
M.Savitski bildirib ki, Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracında ət məmulatlarının payı daha çoxdur: "Azərbaycan bazarında Polşadan idxal edilmiş quş və mal ətindən xeyli sayda sosiska və kolbasa var. Biz süd məhsullarımızı da ixrac etmək niyyətindəyik. Lakin iş orasındadır ki, azərbaycanlı tərəfdaşlarımız nə almalı olduqlarını özləri həll edirlər. Azərbaycanda bazarı və istehlakçıların ehtiyaclarını bilən yerli tərəfdaş lazımdır. Üstəlik, Azərbaycan regionun qabaqcıl ölkəsidir, niyə də Polşa Azərbaycan ərazisi ilə İrana, sayı 25 milyon olan iranlı azərbaycanlılara quş və mal əti satmasın".
Onun sözlərinə əsasən, təəssüf ki, Polşaya Azərbaycan çayı ixrac edilmir: "Azərbaycan Polşaya əsasən quru meyvələr, qoz-fındıq, nar tədarük edir. Lakin Polşada kişmiş və Azərbaycan çayı yoxdur. Hər iki tərəfdən idxal və ixrac artırılmalıdır. Bunun üçün ölkələrimizin hər cür şəraiti var".Trend
Tural




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği açıqlandı
29.03.2020
Azərbaycan hökuməti bazar iştirakçılarını dəstəkləməklə mümkün itkiləri minimallaşdırmaq xətti seçib
28.03.2020
Sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir
28.03.2020
“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır” - VİDEO
28.03.2020
“Azərenerji” strateji əhəmiyyətli müəssisələrdə qabaqlayıcı tədbirlər görür

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11484

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info