Turizm sahibkarlığı üzrə beynəlxalq təcrübə təbliğ ediləcək
Tarix: 11.11.2014 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm İnstitutunda (ATİ) Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən və Ekoloji Tarazlıq ictimai birliyi, Ketury (Finlandiya) İctimai Birliyi, Finlandiyanın Turku Tətbiqi Elmlər Universiteti tərəfindən icra edilən “Azərbaycanda dayanıqlı sahibkarlığın inkişafı və Azərbaycan kəndlərində əl sənətkarlığın dəstəklənməsi” layihəsinə dair yekun konfrans-iclas olub.
“Azərbaycanda Ekoloji Turizmin inkişafı: Potensial və perspektivlər” mövzusuna həsr olunan tədbiri ATİ-nin rektoru, t.e.d., prof., Cəfər Cəfərov giriş sözü ilə açıb. Rektor C.Cəfərov tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, layihənin işlənib hazırlanmasında başlıca məqsəd kənd əhalisinin gənc nümayəndələri üçün ənənəvi əl işləri, yerli və xarici turistlər üçün mükəmməl xidmətlərin göstərilməsi üzrə təlimlərin aparılması, Azərbaycanın zəngin tarixi, mədəni irsinin təbliğ olunması, (Abşeron yarımadası, Şəki-Qəbələ, Lənkəran-Astara) regionlarda kənd icmalarının ekoloji turizmin inkişafına cəlb edilməsi və həmçinin turizm sahəsində fəaliyyət göstərən müxtəlif tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsindən ibarətdir. Eyni zamanda layihədə ölkəmizdə, o cümlədən Finlandiyada turizm və sahibkarlıq ixtisası üzrə təhsil alan tələbə və müvafiq mütəxəssislər arasında fikir mübadiləsi aparmaq, qazanılan təcrübələri bölüşdürmək, Azərbaycanda turizm sahibkarlığı üzrə beynəlxalq təcrübələrin geniş təbliği də nəzərdə tutulub. Konfrans-iclasda yeddi məruzə dinlənilib, təklif və suallar layihə iştirakçıları tərəfindən ətraflı cavablandırılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur
17.10.2019
Naxçıvanda muzey quruculuğu
17.10.2019
“Coca-Cola Məktəbli Kuboku”-nun yeni mövsümü başlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info