Milyonçular ordusunun sayı 13 faiz artaraq 35 milyona çatıb
Tarix: 12.11.2014 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Dünya iqtisadiyyatındakı problemlərə baxmayaraq, keçən il hər yüz milyonçudan biri öz varidatını artıra bilib. Ümumilikdə dünya valyutasının 48 faizi onların əlində cəmlənib. “Euronews” telekanalının xəbərinə görə, İsveçrənin Credit Suisse bankının məruzəsində keçən il dünya əhalisinin varidatının 8,3 faiz artaraq 263 trilyon dollara çatdığı əksini tapıb. Bu vəsaitin 13 il ərzində iki dəfədən də çox, keçən il isə 20 trilyon dollar artığı bildirilir. Məruzənin müəllifləri kimin varlandığını deyil, var-dövlətin hansı coğrafi ərazilərə yayılmasını araşdırıb. Bu göstəriciyə görə “qızıl milyard” ölkələri liderliklərini qoruyub. Yer kürəsi varidatının 35 faizi Şimali Amerikada cəmlənib. Avropa 2 faiz geriləmə ilə ikinci yerdə qərarlaşıb. Bununla yanaşı, dünyada milyonçular ordusunun sayı daha 13 faiz artaraq 35 milyon nəfərə çatıb. Milyonçuların sayına görə ABŞ (14,2 milyon nəfər) liderlik edir.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Dünyanın ən böyük mağaralarından biri -Pınargözü mağarası
17.10.2019
Dünyanın ən yoxsul insanları haralardadır?
17.10.2019
Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb
16.10.2019
Assosda 2300 yaşlı balıqqabılar və qarmaqlar tapıldı
16.10.2019
Polisi döyən deputat 792 manat cərimələndi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info