Eskalatorların təmizlənməsi üçün xüsusi avadanlıqlar alınıb
Tarix: 12.11.2014 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Bakı metrosunda platformaların və eskalatorların təmizlənməsi üçün xüsusi avadanlıqlar alınıb. Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.Onun sözlərinə görə, platformaların və eskalatorların təmizlənməsi üçün yeni avadanlıqların alınması işi bundan sonra da davam etdiriləcək. Bununla yanaşı, metronun ərazisində təmizlik məsələlərinə nəzarət edən xadimələr də işləyəcəklər.Metroda birmənalı olaraq təmizlik işlərinə xüsusi diqqət yetirildiyini deyən şöbə rəisi metro stansiyalarının ətrafındakı obyekt sahiblərindən şikayətçi olduqlarını da açıqlayıb: “Metronun bütün stansiyalarının çıxışlarında zibil qutuları var. Onlar zibildaşıyan maşınlar tərəfindən mütəmadi boşaldılır. Lakin bununla bağlı bizim narahatlıq və narazılığımız da var. Belə ki, stansiyanın giriş-çıxışlarına yaxın ərazilərdəki obyektlərin sahibləri öz zibillərini də gətirib həmin qutulara atırlar. Həmin qutular bu qədər zibil kütləsi üçün nəzərdə tutulmadığından bəzən orada xoşagəlməz hallar, hətta antisanitariya yaranır”.
N.Paşayev Bakı Metropolitenində təmizlik işlərinə baxan, eləcə də digər işçilər üçün vahid geyim formasının tətbiqi məsələsinə də aydınlıq gətirib: “Bakı Metropoliteni” QSC yarandığı ilk gündən vahid geyim formasının tətbiqi ilə bağlı tapşırıq verilib. Artıq yeni geyim formalarının bütün maşinistlərə, texniki heyətin işçilərinə, eləcə də xadimələrə mərhələli şəkildə paylanmasına başlanılıb. Geyim formaları köhnəldikdə isə onlar yeniləri ilə əvəz olunur. Uniformanı hamı geyməlidir. Bizim bütün xadimələrimizin də hamısı göy rəngdə xalat geyinirlər. Lakin bəzi işçilər var ki, onlar bu məsələyə məsuliyyətsiz yanaşır və işə uniformada yox, özlərinə məxsus və heç də xoşa gəlməyən geyimdə çıxırlar. Bizim tərəfimizdən bir neçə dəfə belə hal müşahidə edilib və həmin şəxslərə xəbərdarlıq edilib, inzibati tədbirlər görülüb. Təbii ki, edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər daha ciddi şəkildə cəzalanacaqlar”.
Tural




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Azərbaycanda banklar və sığorta şirkətləri bu ay haqq ödəməyəcək
04.04.2020
Azərbaycanda fərdi sahibkarlara ayrılan kompensasiyanın məbləği məlum oldu
04.04.2020
Azərbaycanda 300 min muzdlu işçiyə 215 manat kompensasiya veriləcək
04.04.2020
OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 9-da keçiriləcək
04.04.2020
“Qala Sığorta” sığorta hadisələrinin distant formada tənzimlənməsini təşkil edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
3 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
4 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
5 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info