Azərbaycan Alimlərinin I Qurultayı ilə bağlı geniş müşavirə keçirilib
Tarix: 19.11.2014 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Bu il dekabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan alimlərinin I Qurultayı keçiriləcək. AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, Rəyasət Heyətində Azərbaycan alimlərinin I Qurultayının təşkili və hazırlıq işlərinin vəziyyətinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev qurultayın əhəmiyyətindən, onun Azərbaycan elmi və ictimai həyatındakı yerindən danışıb. O qeyd edib ki, Azərbaycan alimlərinin qarşısında dayanan bir sıra vəzifələri müzakirə edib müvafiq qərar qəbul etmək, elmimizi beynəlxalq tələblərə uyğunlaşdırmaq, milli vəzifə və prioritetləri müəyyənləşdirmək, həmçinin Azərbaycan alimlərinin koordinasiyasını təmin etmək baxımından qurultayın keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Müşavirə Azərbaycan alimlərinin I Qurultayına dair Tədbirlər Planının müzakirəsi ilə davam etdirilib. Planda nəzərdə tutulmuş təşkilati, texniki, logistik və digər məsələlər geniş şəkildə təhlil olunub və bunlarla bağlı müvafiq işlərin görülməsi qərara alınıb. Müşavirədə qurultayın təşkili və keçirilməsindən irəli gələn zəruri tədbirlərin icra vəziyyəti qiymətləndirilib, həmçinin müzakirə zamanı meydana çıxan yeni fikirlərin də Tədbirlər planında öz əksini tapması vacib hesab edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info