Britaniya parlamentində Azərbaycanla bağlı debat keçirilib
Tarix: 19.11.2014 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) Böyük Britaniya parlamentində təşkil etdiyi debatlar zamanı Azərbaycanın enerjidaşıyıcıların tədarükçüsü və tranzit ölkə qismində oynadığı və oynayacağı rol müzakirə olunub. Bu barədə TEAS-ın "PRWeb" saytında dərc olunan məlumatında deyilir. Debatlara parlamentin üzvü Devid Hamilton rəhbərlik edib. Onun sözlərinə görə, hazırda Britaniya üçün enerji resurslarının tədarükünün təhlükəsizliyi vacib məsələdir: "Bu il Azərbaycana səfər etdim. Məni BP-nin opetaroru olduğu "Şahdəniz" yatağının işlənməsi layihəsinin və "Cənub Qaz Dəhlizi" layihəsinin necə inkişaf etmələri maraqlandırırdı. Britaniya bu layihə çərçivəsində qaz tədarüklərini gözləyir". TEAS-ın Böyük Britaniyanın ictimai işləri üzrə meneceri Cek Peqoraro qeyd edib ki, Ukraynadakı vəziyyət və Liviyadakı vətəndaş müharibəsi Avropa İttifaqına enerjidaşıyıcıların tədarükü marşrutlarının şaxələndirilməsinin vacibliyini göstərdi: "Azərbaycanın enerji resurslarının tədarükçüsü qismində əhəmiyyətini anlamaq lazımdır. "Cənubi Qaz Dəhlizi"nin yaradılması isə gələcəkdə bu ölkənin əhəmiyyətini daha da artıracaq". Britaniyalı deputat Endi Souford isə debatlarda bildirib ki, enerji tədarüklərinin uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün vacib siyasi qərarlar qəbul etmək və bu sahədə iri sazişlər bağlamaq lazımdır: "Bu yaxınlarda Ukraynaya səfərim zamanı başa düşdüm ki, bu ölkədəki böhran böyük problemləri əks etdirir, Aİ-yə enerji resurslarının tədarükü isə risklərlə bağlıdır. "Cənub Qaz Dəhlizi"nin təməlinin qoyulması tezliklə enerjidaşıyıcıların tədarükü üzrə yeni mənbə olacaq".

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info