Toyda, iflic gəlin gələnləri kövrəltdi
Tarix: 20.11.2014 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


Gəlinin vücudu qurşaqdan aşağı iflic olsa da, o, ağrılarına və ağrılı yaşamına meydan oxuyaraq arzusunu gerçəkləşdirib.
ABŞ-ın Luiziana ştatında yaşayan 27 yaşlı Keti Briland Hyuz 3 il əvvəl ağır avtomobil qəzasına düşmüşdü. Yoldakı ağırtonnajlı yük maşını onun idarə etdiyi "Volvo" avtomobili ilə toqquşmuşdu.
Huşunu itirən Keti hospitalın reanimasiya palatasında ayılmışdı. Onun vücudu qurşaqdan aşağı iflicdi.
Ketinin çarpayısının yanında onun sevgilisi Odi durmuşdu.
Ketinin dediyinə görə, Odi ona ürək-dirək verib, "Həmişə səninlə olacağam!" deyib.
O gündən üç il sonra isə sevgililərin toyu oldu.
Qəzadan əvvəl fitnes təlimatçısı olmuş Ketinin dediyinə görə, sevgilisi Odi Hyuz əsl cəngavər, centlmendir: "Sözün açığı, bədənimin bir hissəsi iflic olandan sonra dünyam devrilmişdi. Həyatım məhv olmuşdu, necə yaşayacağımı bilmirdim. Amma ailəmlə bahəm, Odi mənə dəstək oldu. Sevgimizin ağrılara, əzablara, ümidsizliyə güc gəldiyini anladım. Üç il Odi məni tək qoymadı, mənimlə oldu. İndi də evləndik. Həyatımın ən gözəl gününü yaşadım".
İflic gəlini toyda atası və fizioterapevt müşayiət edirdilər.
Keti güclə yeriyərək bəyə doğru 3 dəqiqəlik yol qət edib.
Toydakı yüzlərlə qonaq bu anları kövrələrək seyr edib.
Ketinin sözlərinə görə, onun toya hazırlıq prosesində yardımçısı məşhur fitnes təlimatçısı, "American Muscle Channel Discovery"nin ulduzu Mayk Barvis idi.
"Keti ilk məşqlərə başlayanda onun sinəsindən aşağı vücudu dəmir breketlərlə dolu idi. Fəqərələrinin oynamaması üçün onun onurğasına dəmir millər və lövhələr də qoyulmuşdu. Dəhşətli ağrılar çəkdiyi aşkar görünürdü", - deyə Barvis deyib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
İsveçdə pensiya yaşı artırılır
20.10.2019
Yunanıstanın Krit adasındakı mağaralar kirayə verilir
20.10.2019
Dünyanın ən gözəl adaları
20.10.2019
Enişsiz ən uzun uçuş rekordu qeydə alındı
20.10.2019
Uçan avtomobillər yaxin gələcəkdə real ola bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info