Belaruslu alim ATİ-nin qonağı olub
Tarix: 20.11.2014 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


ATİ-də “Mədəniyyət müəssisələri əməkdaşlarının peşəkarlıq meyarları, müasir tələblər və formalaşmış ənənələr” mövzusunda beynəlxalq elmi seminar keçirilib. Cəmiyyətin inkişaf dinamikasında mədəniyyət müəssisələrində çalışanların peşəkarlıq səviyyəsinin keyfiyyətcə artırılması, müəssisələr tərəfindən göstərilən mədəni xidmətlərin səmərəlilik əmsalının yüksəldilməsi, o cümlədən beynəlxalq təcrübənin mənimsənilməsi ölkəmizin mədəniyyət siyasətində prioritet vəzifə kimi hər zaman aktuallığını qoruyub saxlamaqdadır. Mədəniyyət və Turizm Nazirliyi qeyd edilən istiqamət üzrə silsilə tədbirlərin təşkilinə xüsusi əhəmiyyət verir. ATİ-nin mətbuat xidmətindən verilən xəbərdən bildirilir ki, noyabrın 19-da Belarus Dövlət İncəsənət və Mədəniyyət Universitetinin professoru, elm sahəsində bir neçə dövlət mükafatı laureatı Yelena Makarova Azərbaycan Turizm İnstitutunda olub. Rektor tarix elmləri doktoru, professor Cəfər Cəfərov belarus aliminin ATİ-yə seminar keçirmək məqsədilə gəlişindən məmnunluğunu bildirib. Bu görüşü hər iki ölkə ali təhsil ocağı arasında ilkin əməkdaşlığın göstəricisi kimi dəyərləndirib. Xəbərdə daha sonra bildirilir ki, ATİ-nin professor–müəllim-tələbə heyətinin geniş tərkibdə iştirakı ilə təşkil olunan elmi seminarda professor Y.Makarovanın “Mədəniyyət müəssisələri əməkdaşlarının peşəkarlıq meyarları, müasir tələblər və formalaşmış ənənələr” mövzusundakı mühazirə-çıxışı maraqla dinlənilib. Belarus alim tədbir iştirakçılarının çoxsaylı sualını ətraflı cavablandırıb.
ATİ-də təşkil olunan beynəlxalq elmi seminarda Azərbaycan Mədəniyyət və Turizm nazirliyi Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev iştirak edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info