Səbail və Nyu-Yorkun Bruklin rayonları arasında protokol imzalanıb
Tarix: 21.11.2014 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti ABŞ-nın Nyu-York şəhərində səfərdə olub. Səfərin məqsədi Nyu-York şəhəri Bruklin inzibati rayonu ilə dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması olub.
ABŞ-da səfərdə çərçivəsində Bakı şəhərinin Səbail rayonunun nümayəndə heyəti Nyu-York şəhəri Bruklin inzibati rayonunun prezidenti Erik Adamsla görüşüb. Görüşdə Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları, Türkiyə Respublikasının Nyu-Yorkdakı Baş konsulu Ertan Yalçın və Bruklindəki Azərbaycan icmasının fəal nümayəndəsi Mariyetta Rozental da iştirak ediblər.
Ölkəmizin son illər bütün sahələrdə sürətli inkişafından və uğurlarından xəbərdar olduğunu vurğulayan Erik Adams, Nyu-Yorkun Bruklin ilə Bakının Səbail rayonları arasında işgüzar münasibətlərin qurulmasının tərəflər arasında əlaqələrin daha da intensivləşməsinə, xüsusilə də mədəniyyət və turizm sahələrində qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də xalqlarımız arasında təmaslara təkan verəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı Erik Adams 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini izləmək məqsədilə Azərbaycana səfər etdiyini və Bakının onun yaddaşında çox zəngin təəssüratlarla qaldığını bildirib.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov müstəqilliyimizin bərpasından sonra xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin həyata keçirdikləri müdrik siyasət nəticəsində Azərbaycanın böyük inkişaf yolu keçdiyini, xüsusilə son illər ərzində ölkəmizdə bir sıra irimiqyaslı beynəlxalq tədbirlərin təşkil olunduğunu bildirib. O, ilk Avropa Olimpiya oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini vurğulayıb və həmsöhbətini bu tədbirə dəvət edib. Bununla yanaşı, tədbir iştirakçılarına Səbail rayonu və rayonda aparılan quruculuq işləri barədə məlumat verilib.
Ölkəmizin Vaşinqtondakı səfirliyinin müşaviri Məmməd Talıbov Azərbaycan ilə ABŞ arasındakı strateji tərəfdaşlıq barədə məlumat verib. Qeyd edilib ki, bir müddət öncə “Azərbaycan Hava Yolları” tərəfindən həyata keçirilən Bakı – Nyu-York birbaşa uçuşları həm Azərbaycanın ümumi inkişafının, həm də ölkələrimiz arasında münasibətlərin müsbət dinamikasının göstəricisidir.
Ölkəmizin zəngin demokratik dövlətçilik ənənələrinə malik olduğunu və Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığını diqqətə çatdırılıb.
Ölkəmizin, zəngin tolerant ənənələrini vurğulayan diplomat, ABŞ-da olduğu kimi Azərbaycanda da çoxsaylı etnik qrup və dini icmaların əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını bildirib.
Görüşdən sonra Nyu-Yorkun Bruklin inzibati rayonu ilə Bakının Səbail rayonu arasında dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb.
Daha sonra yerli Azərbaycan icmasının yaratdığı “My Way” mədəni inkişaf mərkəzinin yetirmələri milli rəqslərimizdən ibarət mədəni proqram nümayiş etdiriblər.
Həmin gün yerli Azərbaycan icması tərəfindən ölkəmizin nümayəndə heyətinin şərəfinə ziyafət verilib. Ziyafətdə Bruklin rayonunun prezidenti Erik Adams iştirak edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir
16.10.2019
Prezident: Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info