“Dağlıq Qarabağ respublikası” ilə bağlı məqalələrə dair təkzib verildi
Tarix: 21.11.2014 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


“Aşşet kolleksiya” nəşriyyat evi tərəfindən həftədə bir dəfə dərc olunan və əsasən MDB məkanında satılan, kolleksiyaçılar üçün nəzərdə tutulan “Monetı i kupyurı mira” jurnalının 85-ci sayında qondarma “Dağlıq Qarabağ respublikası” ilə bağlı məqalələr dərc olunmuşdu.
Azərbaycanın Rusiyadakı səfirliyindən “AzərTAc”a bildiriblər ki, məqalələrdə separatçı rejimlə bağlı həqiqəti əks etdirməyən qərəzli məlumatlar yer almışdı.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalın baş redaktoruna məktub göndərərək bildirib ki, nəşrin 85-ci buraxılışında dərc olunan məqalələr qərəzlidir və tarixi faktlar kobud şəkildə təhrif edilir. Məktubda Rusiyanın “Kütləvi İnformasiya Vasitələri” haqqında Qanununun 43-cü maddəsinə əsasən məqalə ilə əlaqədar təkzib verilməsi xahiş olunub.
“Monetı i kupyurı mira” jurnalının bu ay çap olunan növbəti buraxılışında həmin məqalələrlə əlaqədar təkzib dərc edilib. Təkzibdə jurnalın yalnız numizmatlar üçün nəzərdə tutulduğu, onun redaksiyasının heç bir halda siyasi fikir nümayiş etdirmək niyyətinin olmadığı bildirilir.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info