IACA Assambleyasının 3-cü sessiyasının Bakı Bəyannaməsi qəbul edildi
Tarix: 21.11.2014 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzvü və iştirakçısı olan dövlətlərin Assambleyasının Bakıda keçirilən 3-cü sessiyası noyabrın 21-də öz işini başa çatdırıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sessiyanın sonuncu günündə Assambleyanın 4-cü sessiyasının ilkin gündəliyi və 3-cü sessiyanın hesabatı müzakirə edilərək qəbul olunub, regional qruplar arasında görüşlər keçirilib.
Assambleyanın 3-cü sessiyasının bağlanışında çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru, Beynəlxalq Antikorrupsiya Akademiyası Assambleyasının sədri Zakir Qaralov uğurlu keçən tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində müxtəlif ölkələrin təcrübəsinin öyrənildiyini, səmərəli fikir mübadiləsinin aparıldığını, eyni zamanda Assambleyanın 3-cü sessiyasının korrupsiyaya qarşı mübarizə istiqamətində qlobal səviyyədə əməkdaşlığın bundan sonra da dərinləşməsinə zəmin yaradacağına və bu sahədə mühüm nəticələrin əldə edilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Z.Qaralov Azərbaycanın Assambleyaya sədrliyi dövründə əsas prioritetlərin Akademiyanın tədris müəssisəsi kimi ənənəvi yay kurslarının təşkili sahəsində fəaliyyətinin daha da inkişaf etdirilməsi, təşkilata üzv dövlətlərin sayının artırılması, qabaqcıl təcrübənin öyrənilməsi və bölüşdürülməsi məqsədilə keçirilən treninqlərin coğrafiyasının müxtəlif mövzular üzrə regional konfransların təşkili yolu ilə genişləndirilməsi, habelə korrupsiyanın ayrı-ayrı növləri üzrə istintaq metodikasını əks etdirən tövsiyələr və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirici bələdçilərin hazırlanması olacağını qeyd edib.
Assambleyanın sədri, Baş prokuror digər mühüm məsələ kimi, təşkilatın üzərinə düşən vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün tədris ocağının ianə və maliyyə mənbələrinin artırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən Akademiyaya maddi dəstəyin verildiyini, eyni zamanda bu istiqamətdə müvafiq addımların gələcəkdə də atılacağına əminliyini ifadə edib.
Assambleyasının sədri çıxışının sonunda sessiya iştirakçılarına dərin minnətdarlığını bildirib, ölkəmizin paytaxtı Bakı şəhəri, onun mədəniyyəti və mətbəxi ilə tanışlığın qonaqların yaddaşında silinməz iz buraxacağına ümidvar olduğunu bildirib.
Sonda IACA Assambleyasının 3-cü sessiyasının Bakı Bəyannaməsi qəbul edilib. Bəyannamədə korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə potensialın genişləndirilməsi üzrə birgə səylərin əhəmiyyəti qeyd edilib, qərarlılıq, milli və beynəlxalq səviyyədə təhsil, təlim vasitəsilə antikorrupsiya mühitinin qurulması təşəbbüslərinə tam dəstək vurğulanıb. Texniki innovasiyalar, müvafiq təhsil və təlim, səmərəli, faydalı və şəffaf ictimai xidmətlərin göstərilməsi, elmi tədqiqatların ictimai sektorda antikorrupsiya mühitinin formalaşmasında, korrupsiya cinayətlərinin qarşısının alınmasında vacibliyi diqqətə çatdırılıb.
Bəyannamədə, həmçinin IACA-nın uzun müddət davamlılığını təmin etmək üçün onun maliyyə mənbələrinin gücləndirilməsinin zəruriliyi vurğulanıb, dövlətlər, beynəlxalq ictimaiyyət və təşkilatlar, digər maraqlı tərəflər Akademiyanın maliyyə təminatına dəstək verməyə və qurum üçün vəsait toplanması üzrə işlərdə fəal iştirak etməyə çağırılıb.
Bəyannamədə Beynəlxalq Antikorrupsiya Akademiyasının 3-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi və ölkəmizin korrupsiya ilə mübarizə sahəsində irəli sürdüyü ən son təşəbbüslər və çoxşaxəli imkanlar təklif etdiyi üçün Azərbaycan Respublikasına minnətdarlıq bildirilib.
IACA Assambleyasının 3-cü sessiyasının bağlanışından sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakıdakı 3 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında yaradılmış şəraitlə tanış olublar
Tural




 
Bölməyə aid digər xəbərlər
19.10.2020
İşğal edilmiş Azərbaycan ərazilərində 82 növ Qafqaz endemi məhv edilib
19.10.2020
DİN vətəndaşlara müraciət edib
18.10.2020
Ad günün mübarək, Nigar, bağışla ki, qonşumuz qaniçən Ermənistandır
17.10.2020
Azərbaycanın 50 siyasi partiyası beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb
16.10.2020
Hər kəs can atır ki, cəbhəyə getsin - Quba Ağsaqqallar Şurasının sədri

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib
2 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
3 Бакинские армяне призывают Ереван прекратить оккупацию
4 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
5 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info