BANM-də görüş keçirilib
Tarix: 24.11.2014 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


ARDNŞ prezidentinin müşaviri, “Azəri-Çıraq-Günəşli (AÇG)” layihəsinin Rəhbər Komitəsinin Texniki Altqurumunun sədri Yaşar Lətifov və şirkətin mütəxəssisləri Oqtay Bağırov, Şaiq Bəkirov, Emin Əliyev Bakı Ali Neft Məktəbində (BANM) tələbələrlə görüş keçiriblər.
Məktəbdən verilən xəbərə görə, tədbiri açan BANM rektoru Elmar Qasımov ARDNŞ-nın son illər keçdiyi inkişaf yolundan bəhs edib, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi irimiqyaslı layihələri tələbələrin diqqətinə çatdırıb, onların ARDNŞ-ın gələcək yüksəkixtisaslı kadr olacaqlarına, Azərbaycanın neft sektorundakı nailiyyətlərini daha da artıracaqlarına əminlik ifadə edib.
Daha sonra ARDNŞ prezidentinin müşaviri Yaşar Lətifov tələbələr qarşısında AÇG layihəsinə dair videogörüntülü təqdimatla çıxış edib. Təqdimatda “Azəri-Çıraq-Günəşli” yatağının dünya səviyyəsində ən iri neft yataqlarından olduğunu, 1994-cü ildə Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış “Əsrin müqavilə”sinin icrası olduğunu, layihənin Azərbaycanın siyasətində, iqtisadiyyatında və vətəndaşların sosial həyatındakı önəmindən və rolundan bəhs edilib. Həmçinin təqdimatda layihənin ölkə başçısı İlham Əliyev tərəfindən müəyyən edilmiş yeni neft strategiyasının hazırlanmasında və uğurla həyata keçirilməsində qabaqcıl rolundan və bu neft kəmərinin dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verəcəyindən, cənab prezidentin “Neft kapitalının insan kapitalına çevirək” şüarının əyani sübutu olduğu qeyd edilib.
Öz növbəsində şirkətin digər mütəxəssisləri AÇG layihəsi haqqında tələbələri ətraflı məlumatlandırıblar. Çıxışlardan sonra tələbələrin çoxsaylı sualları mütəxəssislər tərəfindən cavablandırılıb.
Tədbirin sonunda görüşün səmərəli keçməsindən məmnunluq ifadə olunub və ARDNŞ prezidentinin müşaviri Yaşar Lətifova BANM-nin “Fəxri qonaq” diplomu təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info