RAGB Moskvada intellektual oyun keçirib
Tarix: 24.11.2014 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ənənəvi turniri keçirilib. Turnirdə 22 komanda iştirak edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndəsi Natiq Əliyev oyun iştirakçılarına təbriklə müraciət edib. Rusiyanın azərbaycanlı gəncləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnirin təşkilinə göstərdiyi dəstəyə görə RAGB-nin sədri Leyla Əliyevaya təşəkkür edən N.Əliyev vurğulayıb ki, gənclər cəmiyyətin güclü diasporun formalaşmasında mühüm rol oynayan çevik və dinamik hissəsidir. Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsinə böyük diqqət yetirilir, gənc nəslin potensialını üzə çıxarmaq üçün hər cür şərait yaradılır. O deyib: “Bu gün Azərbaycan inkişaf dövrü yaşayır. Bu inkişafın əsası müasir müstəqil Azərbaycanın memarı, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
“Nə? Harada? Nə zaman?” intellektual oyununun iştirakçısı, “Büllür bayquş” mükafatının sahibi Vladimir Antoxin turnirin aparıcısı olub. Sualları “Nə? Harada? Nə zaman?” oyununun əfsanəvi oyunçusu, “Büllür bayquş” mükafatının sahibi Rövşən Əsgərov təqdim edib.
Turnirdə Rusiyanın Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Moskva Dövlət Texniki Universiteti kimi aparıcı ali məktəblərinin Azərbaycan klublarının komandaları iştirak edib. RF Hökuməti yanında Maliyyə Universitetinin və G.V. Plexanov adına Rusiya İqtisad Universitetinin “Suyeta” adlı birləşmiş komandası turnirin qalibi olub. Nicat Talıbov, Əkbər Xammədli, Emin İsmayıllov, Vadim Tyurenkov, Miroslav Qridin və Elvin Kərimovdan ibarət komanda bütün oyun ərzində gözəl nəticə göstərib. Qaliblərə RAGB-nin medalları, fəxri fərmanları və pul mükafatları təqdim olunub.
Oyunda Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin istər Azərbaycan, istərsə də rus millətindən olan üzvləri iştirak ediblər. Gecənin aparıcısı V.Antoxin deyib: “İştirakçılar mənim çox xoşuma gəldi. Yetərincə erudisiyalı və məlumatlı gənclərdir. Beş ballı sistemlə götürsək, sualların çətinliyini dörd balla qiymətləndirmək olar. Hesab edirəm ki, uşaqlar yaxşı oyun göstərdilər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info