İki qonşu ölkə arasında multikulturalizmin təşviqi ilə bağlı əməkdaşlıq müzakirə edilib
Tarix: 24.11.2014 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Gela Dumbadze və səfir Teymuraz Şaraşenidze ilə görüşüb.
Görüşdə Azərbaycanın və Gürcüstanın təhsil, mədəniyyət, multikulturalizmin təşviqi sahəsində birgə əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.
Kamal Abdullayev Azərbaycanda dərin tarixi köklərə malik multikulturalizm və tolerantlıq mədəniyyətinin dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən söhbət açıb. Dövlət müşaviri Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə mövcud milli, dini icmalara göstərilən bərabər münasibətdən, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi üçün atılan addımlardan, həmçinin bu sahə üzrə Dövlət Müşavirliyi Xidmətinin yaradılmasından danışıb.
Azərbaycan ilə Gürcüstanın tarixi və mədəni baxımdan bir çox məsələlərdə oxşarlığını və bu gün hər iki ölkəni birləşdirən iqtisadi əlaqələrlə yanaşı, mədəni-mənəvi əlaqələrin daha da möhkəmləndiyini vurğulayan Kamal Abdullayev bu əlaqələrin sarsılmaz olacağına inandığını bildirib.
Nazir Gela Dumbadze ölkələrimiz arasındakı tarixi dostluq münasibətlərindən danışıb, hazırda bu münasibətlərin inkişaf etdiyini söyləyib. O bildirib ki, Gürcüstan dövləti ölkənin azərbaycanlıların kompakt yaşadıqları bölgəsində təhsil ocaqlarının, dini ibadət yerlərinin tikintisinə diqqət yetirir.
Görüşdə Gürcüstanın Azərbaycandakı səfirliyinin və Dövlət Müşavirliyi Xidmətinin əməkdaşları da iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info