“Müasir İqtisad Məktəbi” layihəsinin açılış mərasimi keçirilib
Tarix: 24.11.2014 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 18 noyabr 2014-cü il tarixli 230 saylı sərancamı ilə təsdiq olunan Tədbirlər Planının 1.11 bəndinin icrası məqsədilə noyabrın 22-də Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Binəqədi RİH, Rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Müasir İqtisad Məktəbi” layihəsinin açılış mərasimi keçirildi.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil Qafarov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Elmi işlər üzrə prorektoru Mobil Məcidov, “Modern Marketing Group” şirkətinin təsisçisi Yusif Vəliyev və gənclər iştirak etdiər.
Tədbir layihədə iştirak etmək hüququ qazanmış gənclərin tərəfindən hazırlanmış videonun nümayişi ilə başlandı.
Sonra layihənin rəhbəri, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının fəal gənci Mahmud Məmmədzadə giriş sözü ilə çıxış etdi. O, layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil Qafarov çıxış edərək bildirdi ki, partiyada gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılır. Onların istək və arzularına uyğun olaraq müxtəlif kurslar təşkil olunur ki, bu da gənclər tərəfindən rəğbətlə qarşılanır.
Sonra Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov çıxış edərək rayonda gənclərin şəxsi təşəbbüsləri əsasında müxtəlif layihələrin reallaşdırılmasının artıq ənənə halını aldığını bildirdi. Natiq gənclərin təkcə Binəqədi rayonunda deyil, eləcə də ölkəmizdə həyata keçirilən mühüm layihələrdə müsbət fəaliyyətləri ilə özlərini doğrultduqlarını bildirdi və iştirakçılara uğurlar arzuladı.
Tədbir “Modern Marketing Group” şirkətinin təsisçisi Yusif Vəliyevin və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Elmi işlər üzrə prorektoru Mobil Məcidovin çıxışları ilə davam etdirildi.
Layihənin keçirilməsində əsas məqsəd iqtisadi yönümlü ixtisaslarda təhsil alan istedadlı və yüksək analitik düşüncə tərzi olan tələbələri bir araya gətirməkdən ibarətdir. Layihə iştirakçılarının seçimi iki mərhələdə aparılıb, müraciət edən 156 nəfər gənc içərisindən 90 nəfər müsahibə mərhələsinə dəvət edilib, 20 nəfər gənc layihəyədə iştirakçı hüququnu qazanıb.
Layihə iştirakçıları hər birində 5 nəfər olmaqla 4 komandaya bölünəcək. İştirakçılar onlara araşdırmaları üçün verilmiş mövzulara uyğun təqdimatlar hazırlamaqla bərabər müxtəlif təlim və seminarlarda iştirak edəcək. Həmçinin layihə müddətində müxtəlif sənaye müəssisələrinə ekskursiyalar da təşkil olunacaq. Layihənin icrası müddətində “Modern Marketing Group”, “Lider Forex”, “Bank of Baku”, “Paşa Sığorta” şirkətləri ilə əməkdaşlıq edilməsi nəzərdə tutulub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.10.2020
İşğal edilmiş Azərbaycan ərazilərində 82 növ Qafqaz endemi məhv edilib
19.10.2020
DİN vətəndaşlara müraciət edib
18.10.2020
Ad günün mübarək, Nigar, bağışla ki, qonşumuz qaniçən Ermənistandır
17.10.2020
Azərbaycanın 50 siyasi partiyası beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb
16.10.2020
Hər kəs can atır ki, cəbhəyə getsin - Quba Ağsaqqallar Şurasının sədri

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib
2 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
3 Бакинские армяне призывают Ереван прекратить оккупацию
4 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
5 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info