Londonda “Bu gün burada” adlı sərgi
Tarix: 25.11.2014 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı Kitab”ının 50 illik yubileyinə həsr edilmiş “Bu gün burada” (“Here Today”) adlı sərginin açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak ediblər.
Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib ki, bu sərgi həyatı təhlükə altında olan bütün heyvan cinslərinin gözəlliyini, onların vacibliyi və müdafiəsinin önəmini vurğulamaq üçün yaxşı bir üsuldur. Ümumdünya Parklar Konqresinin toplantısında iştirak etmək üçün Avstraliyaya səfərini xatırladan Leyla Əliyeva gələcək nəsillərin təbiəti qorumasının vacibliyini bildirib və bu istiqamətdə ölkəmizdə həyata keçirilən işlərdən danışıb. Daha sonra Leyla Əliyeva Azərbaycanda Qafqaz biomüxtəlifliyi sammitinin keçirildiyini, ölkəmizin Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin üzvü olduğunu xatırladıb, hazırda isə qafqaz bəbirini məhv olmaq təhlükəsindən qurtarmaq və Avropaya geri qaytarılmasını təmin etmək üçün Dünya Vəhşi Təbiəti Mühafizə Fondu, Pantera təşkilatı və bu sahədə fəaliyyət göstərən digər təşkilatlarla sıx işlərin aparıldığını bildirib.
Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı Kitab”ının 50 illik yubileyinə həsr edilmiş tədbirin yüksək səviyyədə keçdiyini vurğulayan qurumun baş direktoru Culiya Marton Lefevre tədbirin onun üçün daha əlamətdar olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və dünyada maraqlı layihələri ilə tanınan İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın tədbirdə iştirakı sərgini daha da maraqlı edib. Baş direktor İDEA-nın layihələri barədə məlumatlı olduğunu bildirib və bu layihələrin dünyada gedən ekoloji maarifləndirmə işlərinə töhfə verdiyini diqqətə çatdırıb.
Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin və “Baku” jurnalının dəstəyi ilə baş tutan sərgiyə böyük maraq göstərən London sənətsevərlərinə müasir incəsənətin müxtəlif istiqamətlərini təmsil edən əsərlər təqdim olunub. Sərgidə müxtəlif ölkələrin müasir incəsənət nümayəndələri ilə yanaşı, Azərbaycan rəssamları da təmsil olunub. Sərginin keçirilməsində məqsəd ekosistemin və onun mühafizəsinin əhəmiyyəti barədə ictimai maarifləndirmə aparmaq və bu istiqamətdə sosial məsuliyyəti gücləndirməkdir. Dünyanın ən böyük və ən qədim təbiətin mühafizə təşkilatı olan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyə 160 ölkədən 1200 hökumət və qeyri-hökumət təşkilatı daxildir. Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı Kitab”ı vəhşi təbiətin, eləcə də təhlükə altında olan növlərin qlobal mühafizəsi üzrə ən əhatəli məlumat toplusu hesab edilir. Sərgi dekabrın 17-dək davam edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.10.2020
İşğal edilmiş Azərbaycan ərazilərində 82 növ Qafqaz endemi məhv edilib
19.10.2020
DİN vətəndaşlara müraciət edib
18.10.2020
Ad günün mübarək, Nigar, bağışla ki, qonşumuz qaniçən Ermənistandır
17.10.2020
Azərbaycanın 50 siyasi partiyası beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb
16.10.2020
Hər kəs can atır ki, cəbhəyə getsin - Quba Ağsaqqallar Şurasının sədri

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib
2 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
3 Бакинские армяне призывают Ереван прекратить оккупацию
4 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
5 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info