Vyetnamdakı səfirliyimiz xeyriyyə yarmarkasında
Tarix: 25.11.2014 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfirliyi Hanoyda hər il ənənəvi olaraq təşkil olunan xeyriyyə yarmarkasında iştirak edib.
Azərbaycanın Vyetnamdakı səfirliyindən verilən məlumata görə, qeyd olunan xeyriyyə yarmarkasında Hanoyda akkreditə olunmuş diplomatik nümayəndəliklər, diaspora təşkilatları, qeyri hökumət təşkilatları, yerli və xarici şirkətlər təmsil olunub.
Xeyriyyə yarmarkası Hanoyda keçirilən ən kütləvi tədbirlərdən biri hesab olunur və keçirilməsinin əsas məqsədi satışa çıxarılan məhsullardan əldə olunan vəsaitin xeyriyyə layihələrinə sərf olunmasıdır. Bununla yanaşı yarmarka iştirakçı ölkələrin tarixi irsinin, mədəniyyətinin, mətbəxinin və turizm potensialının təbliğ olunması baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycanın Vyetnamdakı Səfirliyi 2015-ci ildə ilk Avropa Olimpiya oyunlarının Bakıda keçiriləcəyini təbliğ etmək məqsədilə, yarmarkada ölkəmiz üçün ayrılmış stendin tərtibatında oyunlarının loqolarından istifadə edilib. Yarmarkada həmçinin Azərbaycan mətbəxindən nümunələr iştirakçılara təqdim olunub, Vyetnam dilində hazırlanmış Azərbaycan mətbəxi kitabının təqdimatı keçirilib və yarmarka iştirakçılarına paylanıb. Qeyd olunanlarla yanaşı milli suvenirlər, xalçalar, habelə ölkəmizlə bağlı şəkillər, kitablar, bukletlər, video çarxlar və digər təbliğat materialları da nümayiş etdirilib.
Ötən il olduğu kimi, bu il də Azərbaycan stendi ən çox ziyarət olunan stendlərdən bir olub və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir
16.10.2019
Prezident: Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info