QHT sədrləri Türkiyə baş nazirinin müavini və millət vəkili ilə görüşüblər
Tarix: 25.11.2014 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


QHT sədrləri Türkiyə parlamentində önəmli görüşlər keçiriblər. Avrasiya İqtisadi Əlaqələr Dərnəynin (EkoAvrasiya), Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin, Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən Xocalı soyqırımıyla əlaqədar tədbirləri çərçivəsində Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndliyinin rəhbəri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, BayMedia İnformasiya Agentliyinin redaktoru Elnur Eltürk Türkiyə Böyük Millət Məclisində Türkiyə baş nazirinin müavini, iqtisadiyyat naziri Ali Babacan və Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin sədri, millət vəkili İsmail Safi ilə görüş keçiriblər. Görüşdə maraqlı fikir mübadiləsi aparılıb. Dövlətlərərası əlaqələr, Qarabağ problemi və digər məsələlər müzakirə olunub. Onu qeyd edək ki, QHT sədrlərinin Türkiyə Böyük Millət Məclisinin iclasını izləmək şansı olub. QHT sədrləri bu şəriat üçün Türkiyə Böyük Millət Məclisinin rəhbərliyinə öz təşəkkürünü bildiriblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info