V.Səfərli: “Bu gün televiziya və radio sahəsində işləyənlərin çoxu qeyri-peşəkarlardır”
Tarix: 25.11.2014 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Azərbaycan ədəbi dilinin qorunmasında televiziya və radio kanalları daha böyük məsuliyyət daşıyır, çünki qəzetlərə və digər mətbuat orqanlarına nisbətən televiziya və radio kanalları daha böyük auditoriyanı əhatə edir. Bu barədə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında MTRŞ və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət etməsi sahəsində 2014-cü ilin sentyabr-oktyabr aylarında aparılmış monitorinqlərin nəticələri barədə keçirilən mətbuat konfransında deyib. V.Səfərli bildirib ki, bu gün Azərbaycan televiziya və radio kanallarında xarici sözlərdən tez-tez istifadə olunur və insanlar da belə ifadələri eşitmək məcburiyyətində qalırlar. KİVDF rəhbəri televiziya və radio kanallarında işləyən insanların peşəkarlığının aşağı səviyyədə olduğunu qeyd edib: "Bu gün televiziya və radio sahəsində işləyən insanların çoxu peşəkar olmayan, öz işini bilməyənlərdir".
Fondun icraçı direktoru problemin həlli üçün təkliflə çıxış edib: "Mən təklif edirəm ki, müəyyən təlimlər təşkil edilsin və televiziya və radio əməkdaşları təlimlərə getsin, öz peşəkarlıqlarını artırsın. Biz Fond olaraq həmin təlimləri dəstəkləməyə hazırıq. Necə ki, neçə ildir monitorinqlərin aparılmasına dəstək veririk. Ədəbi dilin qorunması hamımızın borcudur və hesab edirəm ki, hər birimiz bu istiqamətdə iş aparsaq, müsbət nəticələrə nail ola bilərik".

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info