Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Polşa nümayəndəliyi təsis edildi
Tarix: 25.11.2014 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin Polşa Nümayəndəliyi təsis edilib. Bu barədə təşkilatın sədri Səbuhi Abbasov məlumat verib. S. Abbasov onu da qeyd edib ki, 30 iyun 2006-cı ildə təsis edilən təşkilat bir çox layihələrə imza atıb: “ASGA 2006-cı ildə təsis edilib, elə həmin ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Təşkilatın məqsədi Azərbaycan və slavyan ölkələri gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələri yaratmaq və inkişaf etdirmək, Azərbaycan və slavyan ölkələri gənclərinin problemlərinin ümumi cəhətlərini araşdırmaq, bəşəri dəyərləri öyrənmək və s. sahələri əhatə edir. Bu illər ərzində bir çox yerli və beynəlxalq layihələr reallaşdırmışıq”.
ASGA-nın ölkə sərhədləri daxilində kifayət qədər ciddi fəaliyyət göstərən təşkilat kimi tanındığını deyən S.Abbasov müvafiq Slavyan ölkələrində nümayəndəliklərinin açılmasının zəruri olduğunu qeyd edib: “Biz təşkilat olaraq əsas məqsəd və hədəfimizə çatmaq üçün filialların, nümayəndəliklərin açılmasını zəruri hesab edirik. Bu baxımdan bu il Rusiyada və Ukraynada nümayəndəliyin açılması və birgə layihələrin reallaşdırılması çox mühüm addım oldu. Bundan başqa Avropa Şurası Gənclər departamenti ilə birgə layihələrin reallaşdırılması ilə bağlı memorandumun imzalanması ASGA-nın beynəlxalq əlaqələrində qazandığı ciddi uğurlardan biridir”
Yeni təsis edilən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Polşa Nümayəndəliyi artıq fəaliyyətə başlayıb. Bu ASGA-nın Rusiya və Ukraynadan sonra 3-cü nümayəndəliyidir. Nümayəndəliyin rəhbəri Polşada öz səmərəli fəaliyyəti ilə tanınan Anar Məmmədovdur.
Məmmədov Anar Cavanşir oğlu 2003-cü ildən yeni Azərbaycan Partiyasının üzvüdür. Bakı Slavyan Universitetinin Polyak dili üzrə Tərcümə fakültəsinin məzunudur. Hazırda Varşavada yaşayır.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info