Pakistanda dərsliyə Ermənistanın işğalçılıq siyasəti salınıb
Tarix: 26.11.2014 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Pakistanda ən böyük ali təhsil ocaqlarından olan Allama İqbal Açıq Universitetinin tarix fakültəsi “Pakistan və Dünya Münasibətləri” adlı yeni dərslik nəşr etdirib.
Azərbaycanın Pakistandakı səfirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, dərsliyin 6-cı - “Pakistan və Müsəlman Dünyasının məsələləri” bölümündə Ermənistan-Azərbaycan münasibətlərinə dair 6 səhifəlik yer ayrılıb.
Dərslikdə Dağlıq Qarabağın tarixi, işğal olunmuş Azərbaycan ərazilərində hazırkı durum kimi bəndlər öz əksini tapıb.
Yazının müəllifləri professor Fərhat Əkram və Axtar Hüseyn Dağlıq Qarabağ regionunun yerləşdiyi ərazinin tarixi Azərbaycan torpağı olduğu və Kürəkçay sazişindən sonra Rusiyanın tərkibinə daxil edildiyi qeyd edilib. Bildirilib ki, Gülüstan və Türkmənçay sazişlərindən sonra ermənilərin Azərbaycanın tarixi torpaqlarına kütləvi köçü başlayıb və bu proses rus imperatoru İ Nikolayın Ermənıstan vilayətinin yaradılması haqqında müvafiq sərancamından sonra daha da güclənib. Nəticədə Azərbaycanın işğalından sonra on minlərlə erməni Qarabağ, İrəvan və Naxçıvana köçürülüb, təkcə 1828-1911-ci və 1914-1916-ci illərdə yüz minlərlə erməni İran və Türkiyədən Azərbaycana köçürülüb və bu proses sonralar davam etdirilib. Yazıda rus yazıçıları A. Qriboyedov və N. Şavrovdan sitalar gətirilib.
Tarixçilər ermənilərin 1905 və 1907-ci illərdə, həmçinin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı qətliam törədiklərini qeyd ediblər, bu qanlı hadisələrin təfərrüatları barədə məlumatlar dərslikdə öz əksini tapıb.
Kitabda həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, respublikanın apardığı siyasət, Millətlər Liqası tərəfindən tanınması və Dağlıq Qarabağın Erməni Milli Assambleyası tərəfindən rəsmi olaraq Azərbaycan ərazisi kimi 1919-ci ildə tanınmasına dair geniş bilgilər yer alıb.
Dərsliyin 3.2. bəndində Sovet İttifaqının süquta uğraması ərəfəsində ermənilərin Azərbaycana qarşı torpaq iddiaları qaldırdıqları bildirilib. Sumqayıt hadisələrindən bəhs edilərkən bu hadisələrin əsas fiqurlarından biri erməni əsilli Qriqoryan olduğu vurğulanıb, bunların arxasında ermənilərin və Sovet DTK-nın olduğu qeyd olunub. Bütün bu proseslər yüz minlərlə azərbaycanlının tarixi torpaqlarından qovulması ilə müşahidə olunub. Bunlara baxmayaraq müstəqilliyini əldə etmiş Azərbaycan Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan SSR-nin sərhədlərində olduğu kimi beynəlxalq birlik tərəfindən tanınıb.
Yazının 3.3 bəndində Dağlıq Qarabağ məsələsinin hüquqi statusu haqqında bəhs edilərək bütün beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ və ətraf ərazilərin Azərbaycana məxsusluğu təsdiq edildiyi, bu ərazilərin işğal altında olduğu vurğulanıb. Bildirilib ki, Ermənistan işğal olunmuş ərazilərə qanunsuz olaraq ermənilərin köçürülməsi haqqında qərar verib, buna sübut kimi bəzi sənədlər göstərilib.
Vurğulanıb ki, BMT-nın Baş Assambleyası 29.10.2004 tarixində “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı layihəni 59-cu sessiyası iclasının gündəliyinə daxil edib, 11.11.2004-cü ildə isə BMT-nin Baş Assambleyasına əhalinin işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsi haqqında hesabat daxil edilib. Eyni zamanda, ATƏT-in fakt araşdırıcı missiyasının (FAM) işğal olunmuş torpaqlara səfəri zamanı erməni əhalisinin qanunsuz olaraq işğal olunmuş torpaqlara köçürülməsi faktını təsdiqlənib. Dərslikdə BMT Baş Assamleyasının 07.09.2006–cı il tarixli A/RES/60/285 və 14.03.2008–cu il tarixli A/RES/62/243 saylı qətnamələri haqqında da bəhs olunub.
Kitabda Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymadığı, işğalçı siyasətini davam etdirdiyi bildirilib. Azərbaycanın mövqeyi haqqında yazan tarixçilər qeyd ediblər ki, Azərbaycan işğalın nəticələrini qəbul etmir və işğal altında olan torpaqlarını azad etmək hüququnu özündə saxlayır.
Qeyd edək ki, Allama İqbal Açıq Universitetinin mərkəzi ofisi İslamabad şəhərində yerləşir. Ali təhsil ocağının Lahor, Fəysəlabad, Multan, Karaçi, Peşəvar, Abbotabad, Bahavalpur, Sialkot, Sarqodha, Ravalpindi, Peşavar, Mərdan, Dera İslmail Xan, Kvetta, Heydərabad, Sakkar , Dera Qazi Xan, Sadiqabad, Ceylum, Attak və digər şəhərlərində tədris mərkəzləri və filialları fəaliyyət göstərir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info