“Azərbaycan dost ölkələrə öz tranzit potensialını təqdim etməyə hazırdır”
Tarix: 10.12.2014 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


“Azərbaycan “Kaşaqan” yatağından hasil olunmuş nefti Avropa İttifaqına (Aİ) üzv olan ölkələrə nəql etməyə hazırdır”.
Bunu Qazaxıstanın “KazTaq” İnformasiya agentliyinə müsahibəsində Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov deyib.
“Azərbaycan dost ölkələrə öz tranzit potensialını təqdim etməyə hazırdır. Qazaxıstan həmçinin maneəsiz olaraq hazırkı marşrutdan istifadə edir. Bu il Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Avropaya nəqli bərpa edilib. Biz inanırıq ki, “Kaşaqan” yatağının işə salınmasından sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixrac olunan Qazaxıstan neftinin həcmi artacaq”, - deyə Z. Həşimov bildirib.
Səfir əlavə edib ki, bu kəmərin nəqletmə gücü istənilən həcmdə Azərbaycan və Qazaxıstan neftinin tədarükünə imkan verir.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Azərbaycan nefti bahalaşıb
12.11.2019
Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12.11.2019
“Narçılıq mədəniyyəti”ni yaşadan Göyçay
12.11.2019
Prezident: Son 16 il ərzində Azərbaycanda sürətli inkişaf dövrü yaşanır
12.11.2019
Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info