Ukraynanı gözləyən daha bir böhran- defolt
Tarix: 10.12.2014 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynada maliyyə böhranının qarşısını almaq üçün bir neçə həftə ərzində bu ölkəyə 15 milyard dollar ayrılmasını vacib sayır.
”Financial Times” qəzeti xəbər verir ki, BVF-in təsdiq etdiyi proqramdakı kəsirlər Ukrayna iqtisadiyyatının gözləniləndən daha sürətli enişi, Rusiyaya ixracın kəskin azalması və nəticədə Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması səbəbindən yaranıb.
Yüksək vəzifəli rəsmilərin sözlərinə görə, bu təklif yalnız bir neçə kreditor tərəfindən dəstəklənib. Buna səbəb kreditorlarla razılaşdırılmış proqram çərçivəsində rəsmi Kiyevin iqtisadi və administrativ islahatların aparılmasını ləng həyata keçirməsidir.
Ekspertlərin fikrincə, əlavə kömək olmayacağı təqdirdə Ukrayna ya büdcəsində radikal ixtisarlar aparmalı, ya da suveren öhdəliklər əsasında defolt elan etməlidir.
Dekabrın 9-da Baş nazir Arseni Yatsenyuk Ukrayna üçün beynəlxalq donor konfransının keçirilməsinə çağırıb. BVF ilə əməkdaşlıq müddətini uzatmağın ölkəsi üçün taktiki məsələ olduğunu deyən Baş nazir bunun kifayət etməyəcəyini və Ukraynanın bərpası planının təsdiqlənməsi üçün beynəlxalq donor konfransının vacib olduğunu bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
NATO kosmosda operativ əməliyyatlara başlamaq qərarına gəlib
20.11.2019
Tehran ABŞ-a nota göndərdi
20.11.2019
Almaniyanın keçmiş prezidentinin oğlu öldürüldü
20.11.2019
İranda aksiyalar zamanı ölənlərin sayı 106-a çatdı
20.11.2019
UNİCEF: “Yəməndə 12 milyona yaxın uşaq təcili yardıma möhtacdır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info