Tələbələrimiz Londonda tədbir keçirib
Tarix: 10.12.2014 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin Azərbaycan gənclərinin təhsilinə olan diqqət və qayğısının nəticəsidir ki, artıq dünyanın, o cümlədən Avropanın bir çox aparıcı dövlətlərinin ali təhsil müəssisələrində təhsil alan Azərbaycanlı tələbələrin sayı durmadan artır. Gənclərimiz təhsillə yanaşı burada gedən proseslərlə yaxından tanış olur, təhsil aldıqları müəssisələrdə ölkəmizi tanıtmaq və təbliğ etmək, onun barəsində məlumatların digər ölkələrdən olan gənclərə düzgün çatdırılması məqsədi ilə Azərbaycan cəmiyyətləri yaradır, oxuduqları və çalışdıqları müəssisələrin və eləcə də yaşadıqları ölkənin ictimai həyatında fəallıq göstərirlər. Mütəmadi olaraq müxtəlif mövzularda tədbirlər təşkil olunur, Milli bayramlarımız və tarixi hadisələrin ildönümləri qeyd olunur.
Belə fəal təşkilatlardan biri də Böyük Britaniyanın paytaxtı London şəhərindəki «Royal Holloway» Universitetində fəaliyyət göstərən Azərbaycan cəmiyyətidir. Cəmiyyət üzvlərinin təşkilatçılığı ilə universitetdə Azərbaycanı tanıtmaq məqsədi ilə «Azərbaycan gecəsi» keçirilib. Gecədə universitetdə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı Türkiyə Respublikası, Rusiya Federasiyası və qazaxıstanlı tələbələr də iştirak ediblər.
Tədbirdə çıxış edən «Royal Holloway» Universitetinin tələbəsi İlkin Əsgərli Azərbaycanın tarixi, qədim və zəngin mədəniyyəti barədə geniş məlumat verib, bu gün Azərbaycanın qazandığı uğurlardan, ölkədə həyata keçirilən yeni layihələr və abadlıq-quruculuq işlərindən danışıb. Xüsusilə vurğulanıb ki, gələn il ilk dəfə olaraq Avropa Oyunlarının məhz ölkəmizin paytaxtı Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasının əyani sübutudur və bu beynəlxalq idman bayramına hazırlıqla bağlı böyük işlər həyata keçirilir.
İlkin Əsgərliyinin çıxışı zamanı Azərbaycan, onun mədəniyyət abidələri və ölkədə aparılan abadlıq-quruculuq işlərini əks etdirən slaydlar nümayiş etdirilib. Universitetin tələbələri Baba Həmidov, Sura Abdullayeva, Elnarə Hacıyeva öz çıxışlarında Azərbaycanın tarixi, onun əzəli torpağı Dağlıq Qarabağ əraziləri, mənfur qonşularımız olan ermənilər tərəfindən 20%-ə yaxın torpaqlarımızın işğal olunması, bu işğal nəticəsində milyondan artıq soydaşımızın qaçqın düşməsi, işğal altında olan torpaqlarda mədəni abidələrin məhv olunması, bu gün ölkə başçısı tərəfindən həmin ərazilərin azad olunması istiqamətində görülən işlərdən danışıblar. Almaniyadan gəlmiş gənc müəllim Avropadakı Azərbaycan diasporunun fəallarından olan Rza Kərimov, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin III katibi Ayaz Mustafayev görüş iştirakçıları qarşısında çıxış edərək diasporumuzun fəaliyyəti, görülən işlər və gələcək planlar barədə məlumat veriblər. Tədbir universitetin tələbəsi Anar Ağayevin ifasında Müslüm Maqomayevin «Azərbaycan» mahnısının ifası ilə yekunlaşıb. Sonda azərbaycanlı tələbələr öz xarici dostlarını milli şirniyyat süfrəsinə dəvət ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Qaradağ rayonunda ağacəkmə kampaniyası keçirilib
06.12.2019
”Vikipediya”da tanınmış qadın şəxsiyyətlərimiz haqqında onlarla məqalə yaradılıb
06.12.2019
Aİİ tələbələri ağacəkmə aksiyasında iştirak ediblər
06.12.2019
Prezident və birinci xanım Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06.12.2019
Dünya azərbaycanlılarını virtual həmrəyliyə aparan yollar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info