Sərsəngə yürüş edilib
Tarix: 10.12.2014 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Bu gün 10 dekabr "Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), "İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondu və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu jurnalistlərin, Azərbaycan Respublikasında akkreditasiya olunmuş bir neçə səfirin və səfirliklərin nümayəndə heyyəti ilə Tərtər rayonuna və onun bir sıra kəndlərinə səfər ediblər. Məqsəd öz doğma yurd-yuvalarından didərgin düşmüş, əsir, itkin və şəhid olmuş minlərlə vətəndaşımızın, habelə Sərsəng regionunda 400 000-dən artıq insanın ekoloji terrorun qurbanı olmalarının qarşısını almaq və pozulmuş hüquqlarının müdafiəsidir.
Səfər zamanı Tərtər rayon Gənclər Mərkəzində yerli icra hakimiyyəti və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirilib. Görüşdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AVCİYA-nın vitse prezidenti Vəli Əlibəyov, İnsan hüquqları XXI əsr Azərbaycan Fondunun prezidenti Şahin Camalov və layihənin əlaqələndiricisi Samir İsayev çıxış ediblər. Qonaqlara və KİV nümayəndələrinə "Sərsəng su bəndinin işğalının Tərtər rayonuna təsiri", "Sərsəng humanitar faciəsinin qarşısının alınması layihəsi" və "Sərsəng su anbarının işğalının insan hüquqlarının vəziyyətinə təsiri" ilə bağlı məlumatlar verildikdən sonra, ünvanlanan suallar cavablandırılıb.
Tərtərçay hidroqovşağı idarəsinin rəisi Böyükkişi Cümşüdov “Sərsəng su bəndinin işğalının Tərtər rayonunun su təchizatına təsiri” barədə məlumat verdikdən sonra jurnalistlər tərəfindən foto və video (Tərtər çayı üzərində yerləşən körpünün girəcəyində) çəkilişləri də həyata keçirilib.
Gün ərzində Tərtər rayonun 2 kəndinə səfər edilib ,orada yaşayan yerli sakinlərlə söhbətlər aparılıb. Yol üstü ekoloji terrorun yaratdığı susuzluq problemindən əziyyət çəkən iri fermer təsərrüfatında fermerlə söhbətlər də keçirilib.
Onu da qeyd edək ki, "Sərsəng yüyüş" layihəsi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Sərsəng humanitar faciəsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən davamlı layihələrindən biridir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Banqladeşdə binada baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb
17.11.2019
Ermənilər atəşkəs rejimini 23 dəfə pozub
17.11.2019
Müxalifətin Əli İnsanov kimi biriylə işbirliyinə girməsi təkcə dövlətə deyil, xalqa da xəyanətdir
17.11.2019
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
17.11.2019
Türkiyədə yol qəzasında 4 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info