ADİU ilə ATİB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Tarix: 10.12.2014 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Dekabrın 10-da Azərbaycan Dövlət İqtisad Universiteti ilə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin məqsədi ATİB-in dəstəyi ilə universitet tələbələrinin yüksək ixtisaslı peşəkar kadr kimi yetişməsinə şərait yaratmaqdır.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov bildirib ki, ali təhsil müəssisəsinin qarşısında duran hədəflərdən biri məhz savadlı və təcrübəli mütəxəssislər hazırlamaqdır. Rektor vurğulayıb ki, bu istiqamətdə ölkədə fəaliyyət göstərən şirkət və qurumların, o cümlədən ATİB-in daim dəstəyinə ehtiyac var.
ATİB İdarə Heyətinin sədri Cemal Yangın çıxışı zamanı bildirib ki, ölkənin iqtisadi inkişafı insan resurslarının potensialı ilə birbaşa bağlıdır. Bu baxımdan mütəxəssislərin hazırlanması və inkişaf etdirilməsi cəmiyyətin, o cümlədən iş adamlarının qarşısında duran əsas vəzifələrdən biridir. Cemal Yangın qeyd edib ki, ATİB-ə üzv şirkətlər ADİU-nun müəllim və tələbələri üçün bütün dəstəyi göstərməyə hazırdır.
Sonra ADİU ilə ATİB arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin imzalanması keçirilib. Sənədə əsasən, tələbələrin ATİB şirkətlərində təcrübə keçməsi və peşəkar bacarıqlara yiyələnməsi üçün hərtərəfli şərait yaradılacaq.
Görüşdə müəllim və tələbələrin ixtisas biliklərinin artırılması istiqamətində təkliflər irəli sürülüb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Gənclərin dünyanın öncül universitetlərində təhsil alması üçün şans yaranıb
09.12.2019
“Pirotexniki vasitələrin istifadəsi zamanı insanlarda ciddi narahatçılıq yaranır”
09.12.2019
Aİİ-də “Vikipediya” könüllüləri ilə görüş keçirilib
08.12.2019
İtalyandilli portalda Heydər Əliyev Beynəlxalq Aeroportunun binasından bəhs olunub
08.12.2019
Kinoloji Mərkəz xidməti itlərin sayını artıracaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info