Biləsuvarda gənclər maarifləndirilir
Tarix: 10.12.2014 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Dekabrın 10-da Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Sağlam həyat naminə erkən nikah və məişət zorakılığına “yox” deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul işçisi Məhərrəm Qurbanov, Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova, rayon Məhkəməsinin, Təhsil, Səhiyyə şöbələrinin məsul işçiləri və əməkdaşları iştirak etdilər. 208 nəfərə yaxın gəncin iştirak etdiyi maarifləndirmə tədbirində çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov rayonda nikah, boşanma, erkən nikah halları ilə bağlı statistik göstəricilər haqqında ətraflı məlumat verdikdən sonra, rayonda erkən nikah hallarının qarşısının alınması məqsədilə aparılan işlərdən, mütəmadi olaraq həyata keçirilən müxtəlif tədbirlərdən bəhs edib, bütün aidiyyəti dövlət qurumlarının erkən nikah hallarına qarşı birgə fəaliyyətinin önəmini bir daha vurğulayıb.
Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Məhərrəm Qurbanov, Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova, Rayon Məhkəməsinin məsul işçisi Camal Quliyev, Təhsil Şöbəsinin metodisti Ağamməd Caniyev və başqaları öz çıxışlarında erkən nikah hallarının cəmiyyət üçün yaratdığı fəsadlardan, bu cür halların gənc qızların təhsildən yayınmasına və səhhətlərinə birbaşa təsirindən söhbət açıb, valideynləri məlumatlı olmağa bu istiqamətdə maariflənməyə səsləyiblər.
Tədbirdə bu sahə üzrə güclü təbliğat işinin aparılması, maarifləndirmə tədbirlərinin mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulandı, aidiyyatı strukturların imkan və qüvvəsindən lazımınca istifadə olunmağı diqqətə çatdırılıb. Tədbirdə müzakirə olunan mövzu ilə əlaqədar qısa videoçarx nümayiş etdirilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib
20.11.2019
“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib
20.11.2019
Britaniyalı mütəxəssislər Bakıdakı layihənin uğurunu qeyd etdilər
20.11.2019
Masallının icra başçısı vəzifəsindən azad edilib
19.11.2019
Bakının iqlimi dəyişir? – Akademikdən mühüm açıqlama

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info