AMEA-da Qafqazşünaslıq İnstitutu yaradılıb
Tarix: 10.12.2014 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni institut yaradılıb.
Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.
Qafqazşünaslıq İnstitutu adlanan yeni qurum Azərbaycanın Qafqaz regionu ilə çoxcəhətli əlaqələrini ardıcıl və sistemli şəkildə tədqiq etmək məqsədilə təşkil olunub.

AMEA-da yeni kadr təyinatları olub

AMEA Rəyasət Heyətinin iclasında qəbul olunan digər qərara görə, yeni kadr təyinatları olub. Qərara əsasən, fizika üzrə fəlsəfə doktoru Oktay Hümbətli AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Bundan əlavə, texnika üzrə fəlsəfə doktoru Fərəməz Əsədov AMEA-nın Aşqarlar Kimyası İnstitutunun “Aşqar” Təcrübə İstehsalı ilə Xüsusi Texnoloji Bürosunun direktoru, Fəxrəddin Cəlilov büronun direktor müavini, Cavanşir Məmmədov büronun baş mühəndisi təyin olunub. Bundan əlavə, kimya üzrə fəlsəfə doktoru Adəm Quluzadə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun Reagentlər üzrə Xüsusi Konstruktor Texnologiya Bürosunun direktoru, kimya üzrə fəlsəfə doktoru Aləm Əliyev isə büronun baş mühəndisi seçilib.

AMEA-nın elmi bölmələrinə əlavə səlahiyyətlər verilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) üzrə vəzifələr nomenklaturasında bir sıra dəyişikliklər edilib. Dəyişiklərə əsasən, “AMEA Rəyasət Heyətinin bəzi səlahiyyətlərinin AMEA-nın elmi bölmələrinə həvalə edilməsi haqqında” AMEA Rəyasət Heyətinin 2014-cü il 5 noyabr tarixli qərarının birinci bəndində akademiyanın elmi müəssisə və təşkilatlarının struktur (şöbə, laboratoriya və s.) rəhbərlərini və elmi bölmələrin nəzdində fəaliyyət göstərən elmi nəşrlərin redaksiya heyətlərini təsdiq etmək səlahiyyətlərinin AMEA-nın elmi bölmələrinə verilməsi qərara alınıb. AMEA Rəyasət Heyəti akademiyanın fəaliyyətini tənzimləyən uyğun normativ-hüquqi sənədlərə dəyişikliklər edilməsi nəzərdə tutulan həmin qərarın ikinci bəndinin icrasını təmin etmək məqsədi ilə müvafiq qərar qəbul edib. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Kobud pozuntularla bağlı 41 hakim barəsində intizam icraatlarına baxılıb
21.11.2019
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21.11.2019
“Uşaqların fiziki və emosional zorakılığa məruz qalmaları məhz ailədə olur”
21.11.2019
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21.11.2019
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info