“Liverpul“ qrupda qaldı
Tarix: 10.12.2014 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


UEFA Çempionlar Liqasının qrup mərhələsində son turun oyunları keçirilib.İlk olaraq A, B, C və D qruplarının görüşləri oynanılıb. A qrupunda “Yuventus” səfərdə “Atletiko”nun qonağı olub.
Madrid klubu “pley-off”a vəsiqəni təmin etmişdi. “Yuventus” isə 1/8 finala çıxmaq üçün ən azı “Atletiko”dan bir xal almalı idi ki, bunu da bacarıb - 0:0. Qrupun digər oyununda “Olimpiakos” evdə “Malmö”yə 4:2 hesabı ilə qalib gəlib. B qrupunda “Real” “Ludoqorets”i öz meydanında 4 cavabsız qolla məğlub edib - 4:0. “Liverpul” isə “Bazel”i qəbul edib. Doğma meydanda "Bazel"lə 1:1 bərabərə qalan Liverpul təmsilçisi qrup mərhələsini 3-cü pillədə başa vurub. C qrupunda “Zenit” “Monako”nun qonağı olub. Görüş Peterburq təmsilçisinin 0:2 hesablı məğlubiyyətilə başa çatıb. “Benfika” isə evdə “Bayer” (Leverkuzen) klubu ilə 0:0 bərabərə qalıb. Maraqla gözlənilən oyunlardan biri də İstanbulda baş tutub. Burada “Qalatasaray” “Arsenal”ı qəbul edib. Qrup mərhələsində qələbəyə həsrət qalan və autsayder olan “Cim-bom” bu görüşdə təsəlli qələbəsini qazanmağa çalışsa da, bunu bacarmayıb - 1:4. Qrupun digər oyununda Dortmund “Borussiya”sı “Anderlext”i qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1. Qeyd edək ki, keçirilən 8 oyundan sonra "Atletiko" (Madrid), "Yuventus" (İtaliya), "Real" (Madrid), "Bazel" (İsveçrə), "Monako" (Fransa), "Bayer" (Leverkuzen), "Borussiya" (Dortmund) və "Arsenal (London) klubları 1/8 finala yüksəliblər.




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Alpaqut üzrə dünya çempionatına hazırlıq məsələləri müzakirə edilib
19.11.2019
İtaliya Ermənistanı biabırçı hesabla uddu
19.11.2019
Luis Enrike İspaniya millisinə qayıdır
18.11.2019
Qvardiolanın menecerindən “Bavariya“ açıqlaması
17.11.2019
Belçikadan darmadağın, San-Marino ilk qolunu vurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info