Dünya ədalət istəyir
Tarix: 10.12.2014 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


|

Tarix üzrə fəlsəfə doktoru

Dünyada gərginlik artdıqca ədalət istəyən dövlətlərin də sayı artır. Təəccüblüsü isə odur ki, indi kiçik dövlətlərdən daha çox böyük dövlətlər beynəlxalq ictimaiyyəti ayrı-ayrı məsələlərə münasibətdə ədalətli olmağa çağırırlar. Amerika Rusiyanı Krımın ilhaqına görə ittiham edərək, onu qısa müddətdə Ukraynada ədaləti bərpa etməyə çağırır. Rusiya isə Amerikanı suçlayır, hələ bir neçə il əvvəl eynilə Ukraynadakı kimi, “Serbiyanın Krımı” olan Kosovanı müstəqil edəndə ədalətsizliyə yol verdiyini xatırladır.
Dəhşətlisi də odur ki, böyük dövlətlər dünyada pozulmuş ədaləti dinc yolla bərpa edə bilmədiklərindən, nüvə silahının xofundan istifadə etməyə meyillənirlər. Xarici mətbuatın yazdığına görə, ABŞ hərbi zavodlara 7 min ədəd qanadlı raket sifariş verib ki, onların vasitəsilə ədaləti bərpa etsin.Rusiya isə son aylarda bir neçə dəfə “Bulava”ların sınağını keçirib. Açıq şəkildə rəsmilər dəfələrlə bildiriblər ki, əgər Rusiyanın təhlükəsizliyinə təhdid olarsa (rusların təbirincə desək, onlara qarşı ədalətsizlik edilərsə), onlar nüvə silahından istifadə edəcəklər.
6 milyondan çox qaçqını olan, 1 milyondan artıq vətəndaşı öldürülən, şəhərləri, kəndləri, bütün infrastrukturu viran qoyulan İraq xalqı da ədalət istəyir.İraq müharibəsi başlayandan 38 min iraqlı qadın da ədalət harayı ilə özünü yandırıb... Gündə 3 milyon bareldən artıq neft istehsal edən ölkədə benzin almaq üçün növbəyə duranlar da ədalətin nə zaman bərpa olunacağı arzusundadırlar. Liviya, Suriya,Əfqanıstan kimi xarici müdaxilə nəticəsində vətəndaş müharibəsinə məruz qalan Şərq dövlətləri də dünyanın ədalətsizliklərindən narazıdırlar.
Azərbaycan da 20 ildən çoxdur ki, ədalətsizlikdən əziyyət çəkir. Amma bu ədalətsizliyi aradan qaldırmağı öhdəsinə götürən ABŞ rəsmiləri, akademik Ramiz Mehdiyevin dediyi kimi, dəflərlə etiraf ediblər ki, “Amerikada erməni lobbisinin Konqresdə və Senatda mövqeləri güclüdür, bundan əlavə, çoxsaylı erməni diasporu bizim elektoratdır, ona görə biz bu amillə hesablaşmağa məcburuq. Biz Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı təzyiq metodları tətbiq edə bilmərik”.
Beləliklə, hamı ədalət istəyir, amma bu ədalətə necə nail olmanın yollarını kimsə göstərə bilmir. Artıq dünyada ədaləti qorumağa məsul olan beynəlxalq təşkilatlar üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirə bilmirlər. Prezidentimiz İlham Əliyev demişkən, “dünyada beynəlxalq təşkilatların deformasiyası gedir”. Bəzi böyük dövlətlər isə ədalət prinsiplərini qorumaq əvəzinə, başqa dövlətlərdə xaos yaratmaqla məşğuldurlar. Amma bilməlidirlər ki, yaratdıqları xaosu bu gün “idarə edə bilirlərsə”, sabah bunu etmək mümkün olmayacaq. Əksinə, xaosun bir ucu da onların ölkələrinə gedib çatacaq. Necə ki, artıq son günlər Vaşinqtonda küçələrə çıxanlar “Biz ədalət istəyirik”, “Ədalət bərpa olunana qədər, aksiyalara davam edəcəyik” kimi şüarlar səsləndirirlər. Odur ki, tezliklə böyük dövlətlər bir araya gəlib dünyada ədaləti bərpa etməyin yolunu tapa bilməsələr, bəşəriyyət yeni-yeni ədalətsizliklərin şahidi olacaq.




 
Müəllifin son yazıları

29.02.2016 Vəhdətin gücü
21.02.2014 Ermənilər öz dövlətlərini “Rosarmeniya” adlandırırlar
16.09.2013 Kinodramaturqun aldada bildiyi “siyasətçilər” diplomatlarla necə bacaracaq?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info