Kemeron: “ABŞ dünyada nüfuzunu itirmək riski ilə üzləşib”
Tarix: 10.12.2014 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


“Dinc aksiyaya qarşı odlu silahdan istifadə edən, həmin hadisələri lentə alan jurnalistlərin kameralarını müsadirə, özlərini həbs edən bir ölkə hansı haqla dünyaya demokratiya dərsi keçir, qanunsuz aksiyalara icazə verilməməsini “şiddətlə” qınayır, saxta donoslara əsaslanan hesabatlar hazırlayır?”
Dünyaya demokratiya, insan hüquq və azadlıqları ilə bağlı “dərs” keçməkdən xoşu gələn Birləşmiş Ştatlarda baş verən olaylar Vaşinqtonun bu siyasətinin nə qədər çoxüzlü olduğunu ortaya qoydu. Başqa dövlətlərin daxili işlərinə qarışaraq onlarla bağlı müxtəlif saxta hesabatlar hazırlayan Birləşmiş Ştatların özündə baş verən insan hüquq pozuntuları ilə bağlı cild-cild hesabatlar hazırlamaq olar. Bu mənada Çinin hazırladığı hesabatları təqdir etmək lazımdır. Müasir demokratiyanın beşiyi sayılan ölkə bu gün belə, irqi ayrı-seçkilik, insan hüquqlarının pozulması kimi problemlərdən əziyyət çəkir.

“Müasir demokratiyanın beşiyi sayılan ölkə bu gün belə, irqi ayrı-seçkilik, insan hüquqlarının pozulması kimi problemlərdən əziyyət çəkir”

Özünü demokratik adlandıran bir dövlət üçün bu reallıq dəhşətli mənzərədir. Ağdərili polislərin qaradərililərə qarşı xüsusi amansızlıq göstərməsi, dinc aksiya iştirakçılarına qarşı rezin dəyənəklərdən, gözyaşardıcı qazlardan, odlu silahlardan istifadə edilməsi adi hala çevrilib. İş o həddə satıb ki, Birləşmiş Ştatların dövlət başçısı belə, televiziya müsahibəsində polisin dinc aksiya iştirakçılarına qarşı münasibətdə diqqətli olmasının vacib olduğunu açıqlayıb. Ən faciəlisi odur ki, özləri adi aksiyaya qarşı dözümsüzlük göstərdikləri halda digər dövlətlərdə ictimai asayişin pozulmasını, qanunsuz aksiyaların keçirilməsini, dövlət orqanlarına qarşı müxtəlif zorakılıq aktlarının təşkil edilməsini təşkil edir və dəstəkləyirlər. Onlar dünyaya belə dəyərlər sırımaq istəyirlər. Ukraynada silahlı Maydan hərəkatını açıq-aşkar dəstəkləyənlərin, Ferqyusonda silahsız qaradərilinin öldürülməsinə dinc etiraz edənlərə dözüm göstərməməsi nonsesedir. Bu azmış kimi dinc aksiyaların yatırılması üçün xüsusi silahlalara malik olan Milli Qvardiyanın əsgərlərindən istifadə edildi. Dinc aksiyaya qarşı odlu silahdan istifadə edən, həmin hadisələri lentə alan jurnalistlərin kameralarını müsadirə, özlərini həbs edən bir ölkə hansı haqla dünyaya demokratiya dərsi keçir, qanunsuz aksiyalara icazə verilməməsini “şiddətlə” qınayır, saxta donoslara əsaslanan hesabatlar hazırlayır?. Bu hesabatları hazırlayan müxtəlif QHT-lərin maliyyəsi isə Dövlət Departamentindən gəlir. Bütün dünya ABŞ demokratiyasının iç üzünə bələd olduqca, Vaşinqtonun ikili standartları ilə qarşılaşdıqca, dünyanın bu qədər münaqişə və qanlı toqquşmalara təslim olmasının əsl səbəbini daha yaxşı anlamağa başlayırlar. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əsirlərə verdiyi işgəncələrlə bağlı yeni faktlar açıqlanıb. Məlum olub ki, kəşfiyyat orqanı terrorda şübhəli bilərək həbs etdiyi şəxslərə qarşı amansız işgəncələr verib. Bu proses digər dövlət orqanlarından, Konqressdən və ictimaiyyətdən gizlədilib. Amansız işgəncələrə məruz qalan həmin şəxslərin elementar hüquqları belə, təmin edilməyib. Mərkəzi Kəşfiyyat İdarəsinin əməlləri ilə bağlı Konqresə təqdim edilən hesabata Britaniyanın baş naziri Devid Kemeron da münasibət bildirib. “The Telegraph” xəbər verir ki, Kemeron bildirib ki, demokratik sistemin əsasını təşkil edən mənəvi dəyərlər və nüfuzu itirməklə ekstremizm üzərində qələbə qazanmaq mümkün deyil. Kemeron qeyd edib ki, ABŞ, işgəncələrdən istifadə etməklə dünyada mənəvi nüfuzunu itirmək riski ilə üzləşib. Kemeron britaniyalı kəşfiyyatçıların amerikalı həmkarları ilə birlikdə həmin işgəncələrdə iştirakı ilə bağlı sualı belə cavablandırıb: “Gəlin məsələyə aydınlıq gətirək-işgəncə vermək bütün halda doğru deyil”. Kemeron etiraf edib ki, 11 sentyabr hadisələrindən sonra bir çox şey yanlışlığa yol verilib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
Bu gün saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
03.12.2020
Azərbaycan XİN: Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib
03.12.2020
Türk Şurası Azərbaycana başsağlığı verib
03.12.2020
Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı - Bəhruz Quliyev
03.12.2020
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyada videoformatda çıxış edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
2 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
3 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq
4 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
5 “Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info