Azərbaycan, Türkiyə və Gürcüstan saziş imzalayıblar
Tarix: 10.12.2014 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Üçtərəfli formatda keçirilən görüş regional əməkdaşlığa,
sabitliyə və çiçəklənməyə töhfə verir

Xarici işlər naziri Elmar Məmmədyarov Qars şəhərində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluğa və qardaşlığa əsaslanan strateji münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusi vurğulanıb.
Tərəflər Trans-Anadolu təbii qaz boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyətini qeyd ediblər. Görüşdə, həmçinin regionda və dünyada cərəyan edən hadisələr barədə fikir mübadiləsi aparılıb. Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəyə işgüzar səfəri çərçivəsində gürcüstanlı həmkarı Tamar Beruçaşvili ilə də görüşüb. Görüşdə tərəflər Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə inkişaf edən əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə ediblər. Tərəflər Trans-Anadolu qaz boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihələrinin regionda əməkdaşlığın, sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Həmçinin Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli formatda keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və tərəqqiyə töhfə verdiyi qeyd edilib. Söhbət zamanı regionda və dünyada baş verən hadisələr də müzakirə olunub. Qeyd edək ki, Qarsda keçirilən üçtərəfli görüş çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalayıblar. Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşü ilk dəfə 2012-ci il iyunun 8-də Trabzonda baş tutub. İkinci və və üçüncü görüşlər, müvafiq olaraq, 2013-cü il martın 28-də Batumidə və 2014-cü il fevralın 19-da Gəncədə keçirilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Prezident: “Ermənistanın yeni hökuməti özünü demokratik hökumət kimi göstərir”
15.11.2019
Səudiyyə Ərəbistanı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
15.11.2019
Prezident ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15.11.2019
Prezident Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15.11.2019
Allahşükür Paşazadə: Sammitin əhəmiyyəti zaman keçdikcə özünü daha çox göstərəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info