“11 sentyabrdan sonra ABŞ həbsxanalarında baş verən dəhşətlər yolverilməz idi”
Tarix: 10.12.2014 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


11 senytabr 2001-ci il terrorundan dərhal sonra Mərkəzi Kəşfiyyat İdarəsinin əmriylə antiterror əməliyyatlarında tutulmuş əsirlərlə qəddarca rəftar etməyə başladılar. ABŞ həbsxanalarında baş verən dəhşətlər əslində yolverilməz idi.
Bu barədə “The Washington Post” yazır. Çoxdan məlumdur ki, onların bir çoxu işgəncələrə məruz qalıblar, amma ABŞ Senatının bu barədə məruzəsi yalnız dekabrın 9-da aşkara çıxıb. Bu məruzənin açıqlanmasından sonra isə əsirlərin dindirilməsi metodları ilə bağlı yazılanlar yenidən müzakirə obyektinə çevrilib. Qəzet qeyd edir ki, bu metodlar özünü doğrultmayıb və bəraət qazanmayıb, Buş və Konqres isə “bu barbarlıqla əbəs yerə barışdıq” deyiblər.
Məruzədə alçaldıcı və ağrılı dindirilmə metodları barədə detallı şəkildə yazılıb. Qeyd edilib ki, bu metodların hamısı əvvəlcədən sanksiyalaşdırılmayıbmış. Qəzet bir neçə misal gətirir: məhbusları yuxudan məhrum ediblər, əllərini başları arxasına bənd etməklə bir neçə gün qandalda saxlayıblar, lüt halda qalmağa məcbur ediblər, üstlərinə soyuq su töküblər.
Qəzet yazır: “Amerikanlar heç vaxt bu cür etməməli idilər”.
Senatın məruzəsində bildirilir ki, işgəncələr kəşfiyyat məlumatları almaq üçün effektsiz olub: “İşgəncələr düzgün deyil, onların haçansa “effektli”olub-olmadığı da önəmli deyil”.
Qəzet istisna etmir ki, məruzənin açıqlanması antiamerikan əhval-ruhiyyəsini oyadacaq: “Amma əgər ABŞ şəffaflığa, özünütənqidə sadiqliq nümayiş etdirsə, ən əsası, 11 sentyabrdan sonra buraxdığı səhvləri təkrarlamasa, uzaq perspektivdə qazanmış olar”.
Qeyd edək ki, “The New York Times” da sözügedən məruzə və orada etiraf edilən əsirlərlə barbarcasına rəftardan yazıb. Müəllif Skott Şeyn qeyd edir ki, məruzədə əslində mənəvi və hüquqi baxımdan işgəncələrə az toxunulur: “Orada əslində praktiki sual qoyulur: “Bu işgəncələrlə nəyəsə nail olundumu?”
Yəni belə çıxır ki, ABŞ rəhbərliyinin hazırladığı məruzədə əsirlərə verilən fiziki və mənəvi işgəncələrin qəbuledilməzliyindən danışılmır, sadəcə, onların bir metod kimi uğursuz olduğu və bununla əsirlərdən lazım olan informasiyaların öyrənilməsi ilə bağlı məqsədə nail olunmadığı bildirilir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
29.06.2020
“Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
22.06.2020
“Keşişlər kilsəni erməni quldur dəstələrini silahlandıran cəbbəxanaya çevirmişdilər”
11.06.2020
“ Tibb sənayesinin inkişafı artıq milli təhlükəsizliyin bir atributuna çevrilməkdədir”
02.06.2020
“Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
01.06.2020
Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11547

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib
3 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
4 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
5 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info