“Rusiyaya işləməyə gələnlər bu ölkənin miqrasiya qanunvericiliyindəki dəyişiklikləri bilməlidir”
Tarix: 10.12.2014 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasında 1 yanvar 2015-ci il tarixindən etibarən əmək miqrantları üçün yeni qanun-qaydaların tətbiq olunacağı ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyində mətbuat konfransı keçirilib.
APA-nın məlumatına görə, mətbuat konfransında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Federal Miqrasiya Xidmətinin Xarici Vətəndaşlarla İş üzrə Departament rəhbərinin müavini Dmitri Demidenko iştirak ediblər.

Səfir Polad Bülbüloğlu FMX rəhbəri Konstantin Romodanovskinin MDB ölkələrinin səfirləri ilə görüş keçirdiyini xatırladıb: “Görüşdə FMX rəhbəri 2015-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək Rusiya miqrasiya qanunvericiliyinə dəyişikliklər barədə danışdı. O, səfirlərdən öz ölkələrinin vətəndaşları arasında miqrasiya qanunvericiliyindəki yeniliklərlə bağlı maarifləndirici iş aparmağı xahiş edib. 2015-ci yanvarın 1-dən etibarən Rusiyaya işləmək üçün gələn xarici vətəndaşlarla bağlı qanunlar sərtləşdiriləcək. Təbii ki, biz istəyərdik ki, vətəndaşlarımız öz ölkələrində çalışsınlar, işləsinlər, vətənimizə xeyir versinlər. Amma kimsə hansısa səbəbdən Rusiyaya işləməyə gəlir. Həmin vətəndaşlar bu ölkənin miqrasiya qanunvericiliyinə edilən dəyişikliklərdən xəbərdar olmalıdır. Əks halda, qanunu pozan vətəndaşlarımız cərimə edilə və Rusiyadan deportasiya oluna bilər. Bu halların qarşısını almaq üçün indidən Rusiya miqrasiya qanunvericiliyində edilən dəyişiklikləri vətəndaşlarımıza başa salmaq lazımdır”.
FMX-in departament rəhbərinin müavini Dmitri Demidenko miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər barədə məlumat verib: “Yeni qanuna əsasən Rusiyaya vizasız gələn xarici ölkə vətəndaşları sərhəd-keçid məntəqələrində ölkəyə gəlişlərinin məqsədini bildirməlidir. Əgər xarici vətəndaş işləmək üçün Rusiyaya gəlirsə, miqrasiya vərəqində bu, qeyd olunmalıdır. Bundan sonra həmin xarici vətəndaş işləmək üçün əmək patenti almalıdır. Əmək patentini yalnız miqrasiya vərəqində ölkəyə gəlişinin məqsədi “işləmək” kimi qeyd olunan xarici vətəndaş ala bilər. Əmək patentini xarici vətəndaş ölkəyə gəldiyi gündən 1 ay müddətində ala bilər. Bu müddətdə xarici vətəndaş patent üçün müraciət etməsə, cərimə olunacaq. Əmək patenti 1-12 ay müddətinə verilir. Daha sonra patentin müddətini 1 il də uzatmaq olur”. Demidenko xarici vətəndaşların əmək patentinə görə hər ay dövlət rüsumu ödəməli olduğunu söyləyib. Demidenko onu da qeyd edib ki, əcnəbilər əmək patenti almaq üçün QİÇS və digər kəskin yoluxucu xəstəliklərdən analiz verməlidirlər. Onlardan rus dili və tarixindən imtahan da götürüləcək. Onun sözlərinə görə, MDB ölkələri vətəndaşlarının Rusiya miqrasiya qanunvericiliyinə edilmiş dəyişikliyi bilmələri vacibdir. Demidenko bildirib ki, 2014-ci ildə 106 min Azərbaycan vətəndaşı Rusiyada işləmək üçün əmək patenti alıb. Onun sözlərinə görə, əmək patenti əslində 2010-cu ildən tətbiq olunub.




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Paşinyanın iş yeri yalanları ifşa olunur
13.12.2019
Əhməd Davudoğlu yeni partiyasını elan edib: Gələcək Partiyası
13.12.2019
Türkiyə: “ABŞ Senatının qərarını tanımırıq“
13.12.2019
Belə haqsız qərarlar Türkiyənin bölgədə mənfəətlərini qorumaq hədəflərinə təsir etməyəcək
13.12.2019
Ankarada Çingiz Aytmatovun heykəli ucaldıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info