Qazaxıstan parlamenti Azərbaycanla imzalanan sazişi ratifikasiya edib
Tarix: 10.12.2014 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Qazaxıstan Parlamenti Məclisinin plenar iclasında deputatlar “Qazaxıstan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında mülki-müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin ratifikasiyası haqqında” qanun layihəsini bəyəniblər.
Qazaxıstanın daxili işlər nazirinin müavini Vladimir Bojko deyib: “Həmin saziş 2010-cu il oktyabrın 6-da Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyətinin Astanaya səfəri zamanı imzalanıb. Saziş Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlığa hüquqi baza yaratmaq məqsədi daşıyır. Xəzər dənizinin şelfində hər iki ölkənin iqtisadiyyatında strateji rol oynayan neft yataqları var. Xəzərdə, o cümlədən dəniz kommunikasiyaları xəttində təhlükəsizliyin təmin olunması hər bir dövlət üçün prioritet məsələdir. Tərəflərdən birinin gücü və vəsaiti ilə aradan qaldırmağın mümkün olmadığı fövqəladə halların yaranması ehtimalını nəzərə alsaq, bu sazişin icrası tərəflərdən birinin ərazisində fövqəladə hallar yaranacağı təqdirdə birgə əlaqələndirilmiş fəaliyyətin təşkil olunmasına kömək edəcək”. Layihəyə dair rəydə deyilir ki, saziş tərəflərin fövqəladə halların proqnozlaşdırılması, qarşısının alınması və qiymətləndirilməsi, əhalinin fövqəladə hallara, o cümlədən ilkin tibbi yardım göstərilməsinə hazırlığının təşkil olunması, sənaye qəzaları və ya təbii xarakterli fəlakətlər nəticəsində mümkün çirklənmələr ilə bağlı ətraf mühit və əhali üçün riskin dəyərləndirilməsi haqqında informasiya mübadiləsi sahəsində əməkdaşlığını nəzərdə tutur. Elmi-tədqiqat layihələrinin birgə planlaşdırılması, işlənib hazırlanması və həyata keçirilməsi, elmi-texniki ədəbiyyatın, tədqiqat işlərinin nəticələrinin, elmi metodiki materialların mübadiləsi planlaşdırılır. Saziş çərçivəsində mülki-müdafiə sahəsində mütəxəssislərin hazırlanması və yenidən hazırlanması, fövqəladə halların aradan qaldırılması zamanı qarşılıqlı yardım da nəzərdə tutulub. Bundan əlavə, saziş tərəflərin birinin ərazisində baş vermiş fövqəladə vəziyyətlərin aradan qaldırılmasına ən qısa müddətdə kömək göstərilməsi haqqında sorğu daxil olacağı təqdirdə yardım göstərməyə imkan verəcək.




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
04.12.2020
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
04.12.2020
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
04.12.2020
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop
04.12.2020
Prezident İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm - Ərdoğan

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
3 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
4 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
5 Distant təhsilin müddəti uzadıldı - QƏRAR


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info