Pakistandakı səfirimiz mükafatla təltif olundu
Tarix: 11.12.2014 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov “Diplomatik nailiyyətlərə görə” (Diplomatic Excellence Awards-2014) mükafatı ilə təltif olunub. Pakistan mətbuatının verdiyi məlumata görə, İslamabada keçirilmiş təqdimat mərasimində Azərbaycanın bu ölkədəki səfiri daxil olmaqla, ölkələrarası əməkdaşlığın inkişafı, beynəlxalq təşkilatlarla Pakistanın münasibətlərində rol oynamış 6 diplomat mükafatlandırılıb.
Mərasimdə Pakistan Prezidenti Aparatının rəhbəri Əhməd Faruk, hökumət rəsmiləri, diplomatik korpus və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ə. Faruk çıxışında bildirib ki, “Diplomatik İnsight” jurnalı, Sülh və Diplomatiya İnstitutu, Pakistanın tanınmış ictimai-siyasi xadimləri, ziyalıları, jurnalistləri, ticarət və sənaye palataları təmsilçilərinin daxil olduğu komissiya tərəfindən Pakistan İslam Respublikasında aktiv fəaliyyət göstərən Azərbaycan, Almaniya, Avropa İttifaqı, Çin, İndoneziya, Cənubi Koreya səfirlərinə “Diplomatik nailiyyətlərə görə” mükafatının verilməsi qərara alınıb.
Ə. Faruk Pakistan və Azərbaycan arasında siyasi, diplomatik, təhsil, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafına verdiyi töhfələri əsas gətirərək komissiyanın qərarını diqqətə çatdırıb və “Diplomatik nailiyyətlərə görə” mükafatını Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarova təqdim edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək
14.11.2019
Türkiyə Prezidenti Allahşükür Paşazadəni təbrik edib
14.11.2019
Putin Allahşükür Paşazadəni təltif edib
14.11.2019
Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
14.11.2019
ƏƏSMN və Baş Prokurorluq birgə məlumat yaydılar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info