IDEA sahibsiz heyvanların vəziyyətinin yaxşılaşdırılmasını nəzarətdə saxlayır
Tarix: 11.12.2014 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bu ilin oktyabr ayında Bakı şəhərinin Qaradağ rayonunda beş min sahibsiz heyvan üçün sığınacaq kompleksinin inşasına başlanılıb.
Bununla yanaşı, ətraf mühitin və təbiətin mühafizəsi sahəsində aparıcı təşkilat olan IDEA İctimai Birliyi sahibsiz heyvanların vəziyyətinin yaxşılaşdırılmasını mütəmadi olaraq nəzarətdə saxlayır.
İctimai Birlikdən bildiriblər ki, bu xüsusda IDEA Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən sahibsiz itlər üçün nəzərdə tutulan müvəqqəti sığınacağın vəziyyətinin yaxşılaşdırılmasına yardım göstərib.
Sığınacaqda yerləşdirilən itləri qış aylarında soyuqdan qorumaq məqsədilə yararsız halda olan valyerlərin divarları IDEA İctimai Birliyinin dəstəyi ilə tikilib. Bu sığınacaqda 40 ədəd keyfiyyətli it damı inşa olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb
05.12.2019
Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə görüləcək işlər müzakirə olunub
05.12.2019
Əlilliyi olan şəxslərə əlil arabaları verilib
05.12.2019
Əmlak sığortasının faydaları...
05.12.2019
Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
3 Səbinə Əliyeva ombudsman seçildi
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info