Azərbaycanlıların soyqırımı ilə bağlı bir sıra beynəlxalq tədbirlər keçiriləcək
Tarix: 15.12.2014 | Saat: 12:05:00 | E-mail | Çapa göndər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Akademiyada yaradılmış “Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları Komissiyası”nın növbəti iclası keçirilib. AMEA vitse-prezidentinin köməkçisi Ağahüseyn Şükürovun verdiyi məlumata görə, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq komissiya qarşısında duran əməli addımlardan ətraflı danışıb. Akademiyada yaradılmış “Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları Komissiyası” tərəfindən həyata keçirilən tədbirlərin böyük tarixi əhəmiyyətini qeyd edən akademik İsa Həbibbəyli bu sahədə elmi-tədqiqat işlərinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Zəruri tarixi sənədlərin aşkara çıxarılıb kitab halında nəşr edilməsinin əhəmiyyətli məsələ olduğu bildirilib. Akademik İsa Həbibbəyli bu mövzuda akademiya üzrə bir sıra beynəlxalq tədbirlərin planlaşdırıldığını qeyd edərək 2015-ci ilin birinci rübündə Tarix İnstitutunun bazasında “Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar” mövzusunda Bakıda və Qubada keçiriləcək beynəlxalq elmi konfransın vəzifələri barədə ətraflı söhbət açıb. Akademik konfransda Azərbaycanın tarixçi və arxeoloqları ilə yanaşı, dünyanın nüfuzlu alimlərinin də iştirakının nəzərdə tutulduğu diqqətə çatdırıb.
Komissiyanın iclasında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında təsdiq edilmiş fəaliyyət planında AMEA üzrə öz əksini tapmış müddəaların həyata keçirilməsi yollarından bəhs edilib.
Bundan başqa, 2014-cü ildə Akademiya üzrə müxtəlif elmi-tədqiqat institutlarında bu mövzuda 20-dən çox kitabın çap olunduğu nəzərə çatdırılıb. Komissiya institutlar üzrə həmin kitabların ictimaiyyətə çatdırılacağını bəyan edib.
Müzakirələrdə AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru, müxbir üzv Yaqub Mahmudov, Şərqşünaslıq İnstitutunun direktoru, müxbir üzv Gövhər Baxşəliyeva, Folklor İnstitutunun direktoru, müxbir üzv Muxtar İmanov, Konfliktologiya və İnsan Hüquqları İnstitutunun direktoru, fəlsəfə doktoru Aytən Mustafayeva və başqaları çıxış edərək fikir və mülahizələrini bildiriblər. Alimlər tərəfindən kitabların nəşr edilməsi, yeni tədqiqat əsərlərinin cəmiyyətə təqdim olunması və beynəlxalq elmi konfranslarla yanaşı, soyqırımlar mövzusunda rəsm sərgisinin keçirilməsi də təklif olunub.

Nigar Abdullayeva














 
Bölməyə aid digər xəbərlər
27.04.2018
Hərbi qulluqçular Gəncədə Mir Cəlal Paşayev muzeyini ziyarət ediblər
27.04.2018
Binəqədidə Zərifə Əliyevaya həsr olunmuş “məlumat saatı” keçirilib
26.04.2018
YAP Pirallahı rayon təşkilatında görüş keçirilib
26.04.2018
BANM Qazaxıstan universiteti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb
26.04.2018
Kaliforniyada Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı olacaq

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9101

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Fuad Muradov xaricdəki azərbaycanlılara müraciət edib
4 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
5 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info