Gənclər Fondunun maliyyəsi ilə reallaşan NLP və PR texnikaları ilə bağlı layihə yekunlaşdı
Tarix: 15.12.2014 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


"Ayna" Gənclərin İnkişafına Dəstək İctimai Birliyi “Gənclər təşkilatları üçün PR- xidmətin yaradılması modeli - NLP tətbiq etməklə mükəmməl ünsiyyətin qurulması bacarıqları” adlı layihəsi başa çatıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyəsi ilə reallaşan, ümumilikdə 500-dən çox gənci əhatələyən layihə çərçivəsində Gəncə, Şirvan, Bakı, Sumqayıt şəhərlərində 16 təlim keçirilib. Təlimlərdə kütlə qarşısında həyəcanın aradan qaldırılması, çıxış zamanı jest, göz kontaktları, mimika və səs tempinə diqqət yetirilməsi, diqqətçəkici, maraqlı, təsiredici çıxış qurmaq, bədən dili, Neyro-linqvistik proqramlaşdırma haqda anlayış, NLP ilə mükəmməl ünsiyyətin qurulması, özünü təqdimetmə haqda peşəkar təlim standartlarına uyğun dərslər keçirilib. Bundan başqa imicin formalaşdırlması və hədəf qrupları ilə iş, liderlik, mətbuat konfransı və brifinqin keçirilməsi, press-relizin yazılmsı, kamera qarşısında mesaj verilməsi dərsləri gənclər tərəfindən böyük maraqla qarşılanıb.
Təlimçi Sənan Nəcəfov təlimlərin yüksək səviyyədə keçdiyini bildirib. Onun sözlərinə görə, regionlarda və paytaxt Bakıda fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri, aktiv gənclər qatılıblar və bu, təlimlərin rahatlıqla mənimsənilməsində öz sözünü deyib. “Təlim praktikasına əsaslanaraq biz təlimləri bir həftəlik fasilələrlə keçirdik və bu öz bəhrəsini verdi. Təlim iştirakçılarının Sosial şəbəkələrdə paylaşdığı statuslara, bizə ünvanladıqları elektron məktublara əsaslanaraq deyə bilərik ki, təlimlər gənclərin marağına səbəb olub. Diqqətçəkən məqam odur ki, təlimlərdə iştirak edə bilməyənlər belə təlimlərin yenidən keçirilməsi üçün müraciət edirlər”.
Təlimçi onu da vurğulayıb ki, əlavə olaraq PR strategiya, SWOT analiz, fondrayzinq, sponsor axtarışı, sorğu, monitorinq və araşdırma aparmaqla bağlı seminarlar təlimlərin effektliyini artırıb.
Xatırladaq ki, Qəbələ, Quba və Masallıda bir günlük master-klasslar keçirilib. Təlimin yekunu olaraq 20 təlimdə iştirak edən gənclərlə NLP haqda Azərbaycanda ilk dəfə web-nar (skype konfrans) təşkil olunacaq, NLP master Babək Bayramov dinləyicilərin suallarını cavablandıracaq.
Təhminə





 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info