Bu il 4 uşaq hansı xarici ölkələrə övladlığa verilib?
Tarix: 15.12.2014 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu il 4 uşaq beynəlxalq övladlığa verilib. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova deyib.
O bildirib ki, həmin uşaqlardan 2-si Gürcüstanda yaşayan azərbaycanlı ailəyə, 1-i Amerikada yaşayan azərbaycanlı ailəyə, 1-i isə Almaniyada yaşayan türk ailəsinə övladlığa verilib: “Uşaqların 4-ü də azyaşlı oğlan uşaqlarıdır”.
Onun sözlərinə görə, ötən il 8 uşağın əcnəbi ailəyə övladlığa verildiyi nəzərə alınsa, bu il beynəlxalq övladlığa verilən uşaqların sayı yarıbayarı azalıb.
Bu məsələyə aydınlıq gətirən komitə rəsmisi bildirib ki, bu il əcnəbi ailələrə verilən uşaqların azlıq təşkil etməsinin hansısa xüsusi səbəbi yoxdur: “Komitə həmişə yerli ailələrə uşaqların övladlığa verilməsinə üstünlük verir. Elə bu il də bu cür olub. Eyni zamanda bizdə hazırda övladlığa verilmək üçün namizəd uşaqların sayı çox məhduddur. Demək olar ki yox dərəcəsindədir. Bu il beynəlxalq övladlığa verilən uşaqların azlıq təşkil etməsi bununla da bağlıdır. Bəzən ailələrin istəklərinə uyğun uşaq tapa bilmirik, bəzən də uşaqlara uyğun ailələrin tapılması məsələsində çətinlik çəkirik. Bu il belə alınıb, prosedur sadəcə, bu cür olub. Ötən il 8 idi, bu il də 4 olub”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Polis səsgücləndiricilər vasitəsi ilə maarifləndirici tədbirlər həyata keçirir - VİDEO
06.06.2020
Həftəsonu yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə almalıdırlar
05.06.2020
Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı
04.06.2020
Koronavirusdan ölənlərin dəfni necə keçirilir? - VİDEO
04.06.2020
Bakı metrosu həftə sonu işləməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
3 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
4 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
5 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info