Vergilər Nazirliyinə işə qəbulla bağlı müsabiqə başa çatıb
Tarix: 17.12.2014 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


“Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında“ Əsasnaməyə müvafiq olaraq Vergilər Nazirliyi tərəfindən keçirilmiş növbəti - sayca 10-cu işə qəbul müsabiqəsi başa çatıb. Müsabiqədə iştirak etmək üçün elektron ərizə ilə müraciət edən 1936 nəfərdən 1717-nin sənədləri qəbul olunub, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə birgə təşkil olunmuş test imtahanında 1373 nəfər iştirak edib. İmtahanda iştirak edən namizədlərdən 289 nəfəri - 70 və daha yüksək bal toplayaraq növbəti mərhələyə - müsahibəyə buraxılıb.
Namizədlər Vergilər Nazirliyinin müsabiqə komissiyası tərəfindən təşkil olunan müsahibədə iştirak ediblər. 164 nəfər gənc bu mərhələni də uğurla başa vuraraq vergi orqanlarında işlə təmin olunmaq imkanı əldə ediblər. Dövlət vergi orqanlarına işə qəbul məqsədilə keçirilmiş müsabiqənin müsahibə mərhələsini müvəffəqiyyətlə başa vurmuş namizədlərin siyahısı (imtahan balı sırası ilə) Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) dərc edilib.
İndiyədək keçirilmiş 9 müsabiqə nəticəsində vergi xidmətinə 1000 nəfərdən çox gənc işə qəbul olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Polis səsgücləndiricilər vasitəsi ilə maarifləndirici tədbirlər həyata keçirir - VİDEO
06.06.2020
Həftəsonu yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə almalıdırlar
05.06.2020
Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı
04.06.2020
Koronavirusdan ölənlərin dəfni necə keçirilir? - VİDEO
04.06.2020
Bakı metrosu həftə sonu işləməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
3 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
4 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
5 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info