“Gigiyenik qaydalara düzgün əməl edək” layihəsi yekunlaşıb
Tarix: 18.12.2014 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin və YAP Binəqədi rayon təşkilatının dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Respublikası İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı və NİCOS şirkətinin maliyyə dəstəyi ilə rayonun bütün orta ümumtəhsil məktəblərini əhatə edən “Gigiyenik qaydalara düzgün əməl edək” layihəsinin yekunu və layihə çərçivəsində elan olunan müsabiqələrin qaliblərinin mükafatlandırılması tədbiri keçirildi.
“Bakı 2015” ilk Avropa Oyunları ərəfəsində keçirilən “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində “Ən təmiz səhiyyə müəssisəsi” müsabiqəsində iştirak edən səhiyyə müəssisələri arasında 3 tibb müəssisəsi – Ə.Məlikov adına 6 saylı Birləşmiş şəhər xəstəxanası, 20 saylı uşaq poliklinikası və “HB Güvən” klinikası mükafatlandırıldı.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatları Mərkəzinin layihələrin əlaqələndirmə şöbəsinin müdiri Səbinə Babazadə, “NURGÜN Group” Şirkətinin Müştəri Xidmətləri və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Reala İsazadə və digər qonaqlar iştirak etdilər.
Tədbirdən əvvəl qonaqlar layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə məktəblilər arasında elan olunan müsabiqənin iştirakçılarının işlərindən ibarət sərgi ilə tanış oldular.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov Binəqədi rayonu üzrə bütün məktəbləri əhatə edən layihənin əsas məqsədinin sağlam gələcək, sağlam gənclik olduğunu qeyd etdi. Natiq ölkədə təhsil və səhiyyə ilə bağlı böyük işlərin görüldüyünü, cənab Prezident İlham Əliyevin bu sahələrin inkişafı ilə bağlı mühüm qərarlar qəbul etdiyini vurğuladı.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva “Gigiyenik qaydalara düzgün əməl edək” layihəsinin Bakı 2015 İlk Avropa Oyunlarına töhfə olan “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirildiyini qeyd edərək layihənin gənclərdə təmizliyi həyat tərzinə çevirməyi hədəflədiyini bildirdi. Aygün Əliyeva “Təmiz Binəqədi” layihəsi çərçivəsində gənclərin sağlamlığlının qorunması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı çoxsaylı tədbirlərin, aksiyaların, müxtəlif idman yarışları və vətənpərvərlik tədbirlərinin keçirildiyini qeyd etdi. O layihədə müxtəlif nominasiyalar üzrə qalib olan məktəbliləri Rayon İcra Hakimiyyətinin başçısı adından təbrik etdi. Tədbirdə iştirak edən digər qonaqlar da layihə barədə öz fikirlərini bildirdilər. Sonda müsabiqənin qaliblərinə müvafiq diplom və hədiyyələr təqdim olundu.

Fuad




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Koronavirusdan ölənlərin dəfni necə keçirilir? - VİDEO
04.06.2020
Bakı metrosu həftə sonu işləməyəcək
04.06.2020
“ABAD“dan beşinci “food hall“
03.06.2020
Məhdudlaşdırma olarsa, işsizlərə yenidən 190 manat veriləcəkmi?
03.06.2020
Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info