100 gəncin iştirak etdiyi layihədə yeni təlim modulu tətbiq olunur
Tarix: 18.12.2014 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


“İrəli” İctimai Birliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclər paytaxtı” Qubada "SAY: Support of Azerbaijan Youth” hərəkatı çərçivəsində həyata keçirdiyi “Könüllülük Akademiyası” layihəsi davam edir.
“AzərTAc” xəbər verir ki, respublikamızın 18 rayon və şəhərindən seçilən 100 gəncin iştirak etdiyi layihədə yeni təlim modulu tətbiq olunur.
Layihənin ilkin mərhələsində 8 komandaya ayrılan iştirakçılar könüllülük anlayışı, onun kriteriyaları barədə ətraflı məlumatlandırılıblar.
“Könüllülük Akademiyası”nın ilk təlim günündə iştirakçılara Günel İbrahimin təqdimatında "Etika və davranış qaydaları" mövzusunda ustad dərsi tədris olunub.
Təlimlərin ikinci günündə isə iştirakçılar dörd qrupa bölünərək könüllülük fəaliyyəti, komanda quruculuğu, nitq mədəniyyəti, təşkilatçılıq bacarıqları üzrə təlim sessiyalarında iştirak ediblər.
Beynəlxalq və yerli səviyyəli tədbirlərdə gənclərin fəal iştirakına stimul verməyi, Azərbaycanda könüllülərin fəaliyyətinin təbliğ olunması ilə bu sahədə peşəkarlığın artırılmasını, onların ixtisaslaşdırılmasını nəzərdə tutan layihə dekabrın 20-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Hansı ölkələrdə daha çox çörək yeyilir?
06.06.2020
ÜST maskaların istifadəsinə dair təlimatını yeniləyib
06.06.2020
Polis səsgücləndiricilər vasitəsi ilə maarifləndirici tədbirlər həyata keçirir - VİDEO
06.06.2020
Həftəsonu yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə almalıdırlar
05.06.2020
Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
3 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
4 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
5 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info